41°11′49″ şm. e. 48°14′30″ ş. u.HGYO

Cek

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cek
41°11′49″ şm. e. 48°14′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.643 m
Saat qurşağı
Əhalisi
Əhalisi 328 (2009) nəfər
Rəsmi dili Azərbaycan dili
Cek xəritədə
Cek
Cek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CekAzərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd.[1] Baş Qafqaz silsiləsinin yamacındadır.[2] Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən).

Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir.[2]

8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir.[3][4] SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda ƏlikHaput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir.

border=none Əsas məqalə: Kukaş kurqanı

2011-ci ilin avqust ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə – e.ə. III–II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.[5]

Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən Atəşpərəstliyin izlərini özündə əks etdirən "Atəşgah" və 1000 ildən də artıq yaşı olan "Əbu Müslim məscidi" yerləşir. Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən "Əbu Müslim məscidi"nin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə ŞirvanıDağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən bu məscid 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd camaatın köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən "Əbu Müslim məscidi"nin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq çox vacibdir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Quba şəhərinin 43 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub.

Cek kəndinin panoraması, 2016-cı il
Cek kəndinin panoraması, 2016-cı il
border=none Əsas məqalə: Cek qayaları

Qudyalçayın sağ qolu olan Ağçayın mənbəyinə doğru çayın sol sahilində, Baş Qafqaz silsiləsinin şimala doğru uzanmış qolunun suayrıcında şiş qayalar ucalır. Bunlar Cek kəndinin üstündə olduğundan Cek qayaları adlanır. Cek qayaları sanki Dubrar qayalarının qərb qurtaracağıdır. Ondan qərbə belə qayalar yoxdur. Böyük Qafqazın şərq qurtaracağında, dərələrin yamacında, suayrıclarında relyefdə aydın görünən sivri ucları olan konusvari bu Dubrar qayaları relyefə xüsusi gözəllik verir. Bir qrup geoloq bu qayaları "köksüz", digərləri isə "köklü" qayalar hesab edirlər.[6]

İşğın gölü

[redaktə | mənbəni redaktə et]
İşğın gölü

2009-cu ilin oktyabr ayının əvvəlləridə baş vermiş torpaq sürüşməsi ilə Qudyal çayın qarşısının kəsilməsi nəticəsində yaranmışdır.[7] Torpaq yaxınlıqdakı çaya doğru sürüşdüyündən çayın qarşısını kəsib və ərazidə göl əmələ gəlib.[8] Bu gölü ceklilər İşğın gölü adlandırır. "İşğın" cek dilindən tərcümədə "torpaq sürüşməsi" deməkdir.

border=none Əsas məqalə: Ceklilər
Cek kəndi, 1880[9]
Cek kəndi, 1880[10]

Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Kəndin əhalisini ceklilər təşkil edir. Ceklilər Azərbaycanın milli etnik nümayəndələridir. Ceklilərin ana dili cek dilidir.[11]

1886-cı ildə kəndin əhalisi 7,767 nəfər olmuşdur.[12] 40 il sonra – 1926-cı ildə isə 607 nəfər idi.[12]

2019-cu ilin siyahıyaalınmasına əsasən kəndə 200 nəfər əhali yaşayırdı.[13]

Təhsilin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası 2006-cı ilin əvvəllərində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən yenidən inşa edilərək istifadəyə verilmişdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Tarixən köçmə həyat tərzi keçirən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçiliktoxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar – xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.

Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1–15-i arası isə yaylağa çıxarırlar.

Qədim dövrdən etibarən kənd sakinləri ovçuluqla məşğul olmuşdurlar. Ovladıqları heyvanlar əsasən, dağ kəli, dağ keçisi, qaban və digərləri idi. Hazırda isə bu ənənə, demək olar ki, itməkdədir. Ceklilərin və digər şahdağlıların əvvəllər ov etdikləri məkanlar hazırda peşəkar ovçu olan turistlər üçün çox cəlbedicidir.

border=none Əsas məqalə: Quba-Xınalıq yolu


  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. 1 2 Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Азербайджанская ССР, "Административно-территориальное деление". Баку, 1968, стр, 57. (rus.)
  4. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года. Четвертое издание. Баку, "Азернешр", 1979, стр, 63. history.az Arxivləşdirilib 2012-07-20 at the Wayback Machine (rus.)
  5. Xınalıq kəndinin tarixi görkəmi bərpa olunur. mct.gov.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
  6. Budaq Budaqov. Əfsanəli dağlar. budaq.com Arxivləşdirilib 2011-09-09 at the Wayback Machine (az.)
  7. Quba-Xınalıq yolunda torpaq sürüşməsi baş verib [ölü keçid]
  8. Torpaq sürüşməsi Quba-Xınalıq yolunun 2 kilometrlik hissəsini yararsız hala salıb [ölü keçid]
  9. "Ермаков Дмитрий Иванович. Группа мужчин и мальчиков из селения Джег. Джеки". 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-05.
  10. "Ермаков Дмитрий Иванович. Группа девочек и старуха из селения Джег. Джеки". 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-05.
  11. "Большая Энциклопедия в 62 томах: Джеки". 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  12. 1 2 Wixman, Ronald. The Peoples of the USSR: An Ethnographic Handbook Arxivləşdirilib 2017-03-26 at the Wayback Machine. New York: M. E. Sharpe and London, Macmillan. 1984.
  13. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
  1. Tərxan Paşazadə. "Azərbaycanın etnik azlıqları: ceklilər", "168 Saat" qəzeti, Sumqayıt – 05 – 11 may 2006, № 11 (24), səh.16
  2. Tərxan Paşazadə. "Cek kəndi, ceklilər və cek dili", "Azad Azərbaycan" qəzeti, Bakı – 23 avqust 2006, № 124 (1079), səh.6
  3. Tərxan Paşazadə. "Azərbaycan cekli icması", "Respublika" qəzeti, Bakı – 13 iyun 2007, № 128 (2968), səh.8
  4. Tərxan Paşazadə. "Dünyanın nadir etnik qrupu – Azərbaycan cekliləri", "Azərbaycan" qəzeti, Bakı – 21 iyun 2007, № 134 (4651), səh.7.
  5. Tərxan Paşazadə. "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim" – 2009, səh.35–43.
  6. Əlhəddin CekliTərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 47.
  7. Tərxan Paşazadə. "Cek və ceklilər Azərbaycanın milli dəyəridir", Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Mədəni müxtəliflik: sosial – siyasi dəyər kimi" mövzusunda Kulturoloqların II Milli Forumunun (Beynəlxalq elmi-praktik konfrans) materialları, Bakı, "Elm", 3 iyun 2010, səh. 422–431.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]