59°51′14″ şm. e. 30°03′30″ ş. u.HGYO

Konstantin sarayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Konstantin sarayı
Константиновский дворец
"Strelna" park-ansamblından saraya açılan mənzərə
Xəritə
59°51′14″ şm. e. 30°03′30″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Şəhər Strelna
Yerləşir Strelna
Memar Jan Batist Leblon
Sifarişçi Konstantin Pavloviç, Konstantin Konstantinoviç
Tikilmə tarixi 1720
Üslubu barokko
Sahəsi
  • 221,6 ha
Rəsmi sayt konstantinpalace.ru
İstinad nöm.7810426044
Mühafizə dərəcəsiFederal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin sarayı (rus. Константиновский дворец) və ya Böyük Strelna sarayı (rus. Большой Стрельнинский дворец) - Strelna şəhərində saray və park ansamblı təşkil edən və XVIII əsrə aid memarlıq abidəsi; 2003-cü ildən - "Konqresslər sarayı" Dövlət kompleksi. Kompleks Fin körfəzinin cənub sahilində, Strelka və Kikenka çaylarının yaxınlığında, Peterhof yolu boyunca və Sankt-Peterburqun mərkəzindən 19 km. məsafədə yerləşir.

Saray-park ansamblı XVIII - XIX əsrin birinci yarısında formalaşmışdı. 1917-ci ilə qədər əmlak Rusiyanın imperator ailəsinə məxsus idi. Onun ilk sahibi Böyük Pyotr idi, XVIII əsrin sonunda Strelna böyük özəl mülkiyyətə çevrildi - 1797-ci ildə, imperator I Pavel sarayı hədiyyə olaraq ikinci oğlu - Böyük knyaz Konstantin Pavloviçə bağışlayır. Bunun sayəsində, saray və park ansamblı onun şərəfinə adlandırılmışdı və bu ad günümüzə kimi qorunub saxlanılmışdı.

"Rus Versalı" Strelna şəhərində

[redaktə | vikimətni redaktə et]
"Strelnada saray". Rəsm əsərinin müəllifi - A.M. Qornostayev (1847-ci il). Dövlət Ermitajı

Hələ 1709-cu ildə imperator I Pyotr məşhur Versaldan daha böyük və möhtəşəm böyük iqamətgahın tikintisi üçün yerin axtarışına başlayır. 26 may 1710-cu ildə o "saray, park və bağ tikililərinin inşası üçün uyğun bir yerin axtarılmasını tələb etdi". Romalı memar Sebastian Çipriani tərəfindən tərtib olunmuş layihə çox mürəkkəb və qarışıq olur. 1715-ci ildə məşhur fransız memarı Jan-Batist Leblon və Karlo Bartolomeo Rastrelli ilə müqavilələr imzalanır. Müsabiqənin qalibi Leblon seçilir. Lakin Leblon qısa müddət sonra vəfat edir və layihələndirmə işlərini italyan memarı Nikolo Miketti öz üzərinə götürür. Kompleksin memarlıq dominantı Konstantinov sarayıdır - Mikettinin layihəsi ilə yaradılan sarayın əsası 22 iyun 1720-ci ildə qoyulmuşdu.

Avropanın saray-park ansambllarından üstün olmaq üçün toplayıcı rezervuarlardakı suyun səviyyəsi tənzimlənməli idi, buna görə də fəvvarə və əlaqədar mexanizmlər, bir neçə ay ərzində gecə-gündüz fəaliyyət göstərirdi. Lakin, ani bir problem Strelnada iqamətgahın tikintisini sual altına qoydu: fəvvarələrin normal fəaliyyət göstərməsi üçün suyun müvafiq səviyyəyə yüksəldilməsi lazım idi (dəniz səviyyəsindən təxminən 10 metr), bu da Strelka və Kikenka çay hövzələrinin daşmasına gətirib çıxara bilərdi, çünki onları əhatə edən onlarla kvadrat kilometr sahə və ərazi (Peterhof yolunun cənub hissəsi) göstərilən səviyyədən aşağıda yerləşirdi (bəzən hətta dəniz səviyyəsinə nisbətən sıfır səviyyəsinə düşür).

Problemi həll edə biləcək hidrotexniki qurğular I Pyotra çox baha başa gələrdi; Strelnanın qərbində suyun hərəkəti üçün təbiət tərəfindən ideal şəkildə yaradılmış mənzərəli landşaftın mövcud olduğu bir zamanda bu qədər pulun sərf edilməsi bir ehtiyac duyulmurdu. Mühəndislik hesablamaları ilə çarın iradəsinə qarşı çıxmaq, Strelnada "su fiyeraların" yaradılmasının qeyri-mümkün olduğunu sübut etmək və ən əsası - tikinti işlərinin Peterhofa köçürülməsini yalnız istedadlı hidravlik mühəndisi B. Minix bacarmışdı. 1730-cu ildə I Pyotrun ölümündən sonra Strelnada tikinti işləri nəhayət dayandırılır[1].

Böyük knyaz əmlakları

[redaktə | vikimətni redaktə et]

1750-ci ildə sarayın tamamlanma işlərini memar B.Rastrelliyə həvalə edilmişdi; sarayda yenidənqurma və planlaşdırma işləri hazırlanmış, şərq qanadında (fligeldə) isə böyük pilləkən yaradılmışdı. Lakin işlər yenidən tamamlanmamışdı. Strelna sarayının hörgüsündə Rastrelli Rundale sarayının tikinti ərazisindən gətirilmiş qeyri-adi böyük ölçülü kərpic nüsxələrindən istifadə edirdi. Ehtimal olunur ki, məhz memar Mikettinin memarlıq həllinin təsiri altına (Miketti memar Leblonun sələfi idi), qraf Rastrelli Qış sarayının əsas fasadında üçlü və arakəsməli tağın layihəsini tərtib etmişdi[2].

1797-ci ildə əmlak özünün imperator mülkiyyəti statusunu itirmiş və imperator I Pavelin əmri ilə onun oğlu Konstantinə hədiyyə olaraq bağışlanır. 1802-ci ildə memar A. Voronixin interyerləri antik ruhda yenidən qurur. Ardından, 1803-cü ildə baş vermiş yanğından sonra Voronixin və L.Ruska mühüm konstruktiv və dekorativ dəyişikliklər etmişdilər: belvederin tikinti işləri başa çatmış, beletajda isə böyük anfilada yaradılmışdı. Zəngin bədii tərtibatlar rəssamlar F.A. Şerbakov və C. Ferrari tərəfindən hazırlanmışdı. 1847-1851-ci illərdə yeni sahibin, yəni Böyük knyaz Konstantin Nikolayeviçin sifarişi ilə memarlar X.F. Meyer və A.İ. Ştakenşneyder tərəfindən növbəti yenidənqurma işləri həyata keçirilmişdi: fasadda erker və eyvanlar yaranmış, şəxsi otaqlar isə eklektika üslubunda bəzədmişdi. Həmçinin sarayın daxilində kiçik ev kilsəsi inşa olunmuşdu.

Daha sonra, əsasən yay və payız aylarında, burada Konstantin Konstantinoviçin böyük bir ailəsi yaşayırdı (K.R. poetik təxəllüsü ilə tanınan), ancaq buranın faktiki sahibi onun qardaşı Dmitri Konstantinoviç və anası Aleksandra İosifovna idi.

Sarayda yunan kraliçası Olqa Konstantinovnanın şəxsi apartamentləri yerləşirdi. Ərinin qətlindən sonra, o bir müddət Rusiyada yaşamış və daha sonralar Roma şəhərinə köçmüşdü.

Oktyabr inqilabından sonra sarayda Birinci Strelna koloniya məktəbi yerləşmişdi. 1937-ci ildə burada sanatoriya, ardından isə Hərbi Dəniz Qüvvələrinin yuxarı və orta tərkibinin təkmilləşdirmə kursları yaradılmışdır. Böyük Vətən müharibəsi illərində, Strelnada yerləşən saray və park ansamblı demək olar ki, tamamilə məhv edilmişdir, saray binasından yalnız bir daş divarlar salamat qalmışdır. Lakin saray içərisində Leninqrad Arktika Kollecinin geofizika və radio mühəndisliyi kafedralarının, dəniz şöbəsi və kitabxana bölmələrinin yerləşdirilməsi üçün qismən yenidən bərpa edilmişdir[3]. Lakin məktəbin bağlanılmasından sonra, 1990-cı ildən saray faktiki olaraq sahibsiz olmuş və məhv olma təhlükəsi ilə üzbə-üz qalmışdır.

Konqresslər sarayı Dövlət kompleksi

[redaktə | vikimətni redaktə et]
G8 (Böyük səkkizlik) sammmitinin iştirakçıları Konstantin sarayının fonunda

2000-ci ildə saray 140-dən çox hektar ətraf torpaq sahəsi ilə birlikdə Prezident İdarəsinin balansına köçürülmüş və yalnız bundan sonra burada böyük miqyaslı yenidənqurma işlərinə başlanılmışdır. Köhnə çertyojlara əsasən sarayın fasadları və interyerləri, park və kanal sistemləri yenidən bərpa edilmişdir. Rekonstruksiya layihəsində əsas diqqət, burada keçiriləcək dövlət qəbulların tam təmin edilməsinə ayrılmışdır. Hidromühəndislər yaxtalar və çay gəmilərin qəbulu üçün kanal və su hövzələrini dərinləşmişdilər. Əvvəllər yalnız layihələrdə mövcud olmuş körpü və fontanlar inşa edilmişdir. Üç körpü gəmilərin keçməsi üçün açılan qurğu ilə təmin edilmişdir. Parkda həmçinin hələ I Pyotr tərəfindən düşünülən, lakin müxtəlif səbəblərdən layihədən çıxarılan fontanlar da yaradılmışdır.

Fin körfəzinin sahili yaxınlığında "Konsulluq kəndi" adlı 20 dənə ikimərtəbəli kottec inşa edilmişdir. Burada həmçinin qədim rus malikanəsinə stilizə edilmiş beşulduzlu "Baltiyskaya Zvezda" (Baltik ulduzu) adlı otel binası inşa edilmişdir. Keçmiş Yaxt Klub binası Mətbuat mərkəzinin tələblərinə uyğun şəkildə rekonstruksiya edilmiş və bütün lazımi və peyk vasitələri ilə təchiz olunmuşdur. Keçmiş çar tövlələrində "Konqresslər sarayının" inzibati korpusu yerləşmişdir[4].

Yenidən bərpa edilmiş sarayın açılışı 30-31 may 2003-cü ildə keçirilmişdir.

2006-cı ilin iyul ayında "Konqresslər sarayında" Böyük səkkizliyin Peterburq sammiti keçirilmişdir.

Strelnada sammitə hazırlıq mərhələsində bir sıra işlər aparılmışdır:

  • "Baltiyskaya Zvezda" otelinin təmiri;
  • Parkın rekonstruksiyası;
  • Saray parklarının hidrosistemlərini su ilə təmin edən gölməçələrin təmizlənməsi.

2006-cı ilin əvvəlində "Konqresslər sarayı" kompleksində yeni ekskursiya bürosunun binası inşa edilmişdir.

Rusiya və Avropanın muzey və şəxsi kolleksiyaçıları ilə əməkdaşlıq edən Konstantin Sarayı öz muzey kolleksiyasını daim zənginləşdirir. Sarayda bir neçə ekspozisiya açılmış, bir sıra tarixi interyerlər isə yenidən bərpa edilmişdir. 2005-ci ilin yayında muzey kolleksiyasına Almaniyadan mədəni mülkiyyətin qaytarılması çərçivəsində 4 rəsm əsəri əlavə edilmişdir. Əlişir Usmanov 2007-ci ildə bundan bir müddət öncə Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayadan əldə etdiyi sənət əsərləri kolleksiyasını dövlətə bağışlayır.

Rostropoviç-Vişnevskaya kolleksiyası

[redaktə | vikimətni redaktə et]

2007-ci ildə Konstantin sarayında Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskaya tərəfindən toplanmış sənət topluların yerləşdirməsi barədə qərar qəbul edilmişdi. Kolleksiya Qalina Vişnevskaya tərəfindən "Sotbis" hərracında satışa verilməli idi, lakin hərracdan bir gün əvvəl sahibkar Əlişer Usmanov onların hamısını əldə etmiş və Dövlətə hədiyyə olaraq muzeyə bağışlamışdı[5].

Əvvəlcə elan edilmişdir ki, kolleksiya toplusu 2008-ci ilin mart ayının sonunda rəsmi olaraq Konstantin Sarayının açılışı ilə eyni vaxtda təqdim olunacaq[6]. Aprel ayında, kolleksiyanın açılışı 12 may tarixinə təxirə salınmışdır. May ayının 12-də, sərgi Rusiyanın Baş naziri vəzifəsində olan Vladimir Putin tərəfindən açılmışdır[7]. Geniş ictimaiyyət üçün isə, sərginin açılışı "yaxın gələcək zamana" təxirə salınmışdır[8].

Lobanov-Rostovski kolleksiyası

[redaktə | vikimətni redaktə et]

Kolleksiyanın başqa bir hissəsi (810 ədəd qrafik rəsm) 24 yanvar 2008-ci ildə 16 milyon dollara satın alınmışdır. Əlavə 31 rəsm isə 2010-cu ilin iyul ayında Fonda satılmışdır. "Konstantin" fondu əldə etdiyi rəsm əsərlərini Konstantin sarayının yanında inşa edilən "Zvyozdnıy put'" kompleksinə köçürməyi planlaşdırır. Hazırda knyaz kolleksiyasının bir hissəsi müvəqqəti olaraq Sankt-Peterburq Dövlət Teatr və Musiqi muzeyində saxlanılır.

Konstantin sarayına 36 saylı tramvay ilə gəlmək olar. Tramvayın marşrutu böyük nisbətdə XX əsrin əvvəllərində qurulan Peterhof yolunun Oranienbaum elektrik xətti (ORANEL) boyunca keçir. Bu xətt Rusiya imperiyasında fəaliyyət göstərəcək şəhərətrafı qatarların ilk layihəsi idi.

  1. "Владимир Ефимов: «ПОЧЕМУ НЕ СОСТОЯЛСЯ «РУССКИЙ ВЕРСАЛЬ» В СТРЕЛЬНЕ», журнал «АРДИС: Архитектура, Реставрация, Дизайн и Строительство» №3(46) 2010 год". 2012-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  2. "Журнал «АРДИС: Архитектура, Реставрация, Дизайн и Строительство» №3(46) 2010 год, стр. 80". 2012-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  3. в восстановлении дворца участвовали архитекторы Ф. Ф. Олейников, И. Г. Капцюг, В. Б. Можанская, Н. М. Уствольская, Л. М. Захарова и др.
  4. "ЗАО «Институт «Стройпроект». История в проектах, 1990 – 2010" (PDF) (rus). 2010 г. 2013-03-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  5. Пресс-конференция А. Усманова, М. Швыдкого, В. Кожина в студии «Интерфакс» (1 октября 2007)[ölü keçid]
  6. «Коллекция Ростроповича-Вишневской откроется весной»[ölü keçid] «Деловой Петербург Arxivləşdirilib 2015-09-22 at the Wayback Machine» ISSN 1606-1829 (Online) со ссылкой на интервью управляющего делами президента РФ Владимира Кожина в прямом эфире «Русской службы новостей», 16 января 2008 года
  7. www.dp.ru со ссылкой на РИА «Новости» и пресс-службу дворца. "Коллекцию Ростроповича-Вишневской покажут 12 мая" (rus). ru:Деловой Петербург ISSN 1606-1829 (Online) /Санкт-Петербург/. 16:38 16 апреля 2008 года.[ölü keçid]
  8. www.dp.ru со ссылкой на РИА Новости. "Открывается выставка предметов из коллекции Ростроповича-Вишневской" (rus). ru:Деловой Петербург ISSN 1606-1829 (Online) /Санкт-Петербург/. 10:48 12 мая 2008 года.[ölü keçid]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]