Çahargah
Çahargah — Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri [1], 2) yeddi əsas muğam dəstgahlardan biri. Yaxın Şərq xalqlarının şifahi-professional musiqisində Çahargah geniş intişar tapmış muğamlardan biridir [2] .
Söz açımı
[redaktə | mənbəni redaktə et]Çahargah sıra sayımı ilə 4-cü muğamdır. Çahargah sözü iki məfhumdan ibarətdir. Farsca "çahar" – "dörd", "gah" – "məqam, yer" deməkdir.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Mir Möhsün Nəvvab özünün “Vüzuh-ül-ərqam” əsərində göstərir ki, Çahargah məqamı göy gurultusu ilə əlaqədar yaradılmışdır. Çahargahın mayə pərdəsi birinci oktavanın "do" səsindən ibarətdir.
Bu muğam müxtəlif muğam ifaçılarından nota salınmışdır: Nəriman Məmmədov instrumental şəkildə tarzən Əhməd Bakıxanovun ifasından (1962), vokal-instrumental şəkildə xanəndə Yaqub Məmmədov və muğam üçlüyünün ifasından (1970), Arif Əsədullayev instrumental şəkildə tarzən Elxan Mirzəfərovun ifasından (2005) nota yazmışlar. Bütün bu not yazıları “Azərbaycan xalq musiqisinin antologiyası"na daxil edilmişdir [3].
Çahargah muğam dəstgahı kimi
[redaktə | mənbəni redaktə et]Çahargah muğamı Azərbaycan musiqisində
[redaktə | mənbəni redaktə et]Çahargah muğamının təkibinə "Segah", "Şur", "Bayatı-Qacar" kimi muğamların lad – məqam əsasına uyğun gələn şöbə və guşələr də öz əksini tapmışdır. Bəzi şöbə və guşələrin hazırda aradan çıxmasına baxmayaraq, tarzən Mirzə Fərəcin cədvəlindəki şöbə və guşələrin adları isə həqiqətə daha çox uyğundur. O, bilavasitə Çahargah məqamına və onun intonasiya xüsusiyyətlərinə yaxın olan şöbə və guşələrin özündə birləşdirir.
XIX əsr Azərbaycan musiqisində çahargah dəstgahı aşağıdakı muğam şöbələrindən ibarət idi: çahargah, segah, zabul-segah, yədi-hasar, müxalif, məğlub, mənsuriyyə, zəmin-xara, mavəraünnəhr, hicaz, şahnaz, azərbaycani, əşiran, zəng-şütür və kərküki.
Sonra çahargahın tərkibi dəyişmiş, o, bəzi guşələrdən azad olmuş və dəstgah daha da təkmilləşmiş quruluşunu artmışdır. Hazırda dəstgahın yığcam və lakonik ifası məqsədilə: bərdaşt, mayəyi-çahargah, bəstə-nigar, hasar, malif müxalif, məğlub, mənsuriyyə
Üzeyir Hacıbəyov hər bir muğamın bədii–ruhi təsir cəhətdən xarakterizə edərkən Çahargahın həyəcan və ehtiras hissi oyatdığını bildirir. Ü.Hacıbəyov Çahargah muğamının öz əsərlərində necə istifadə etməsini bu cür şərh edir: "Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən Çahargah muğamını işlədirəm".
Bəmdən zilə qədər bu inkişaf prinsipi muğamda qabarıq şəkildə öz təcəssümü tapır. Onu qeyd etmək olar, ki Çahargahın oxuma diapazonu Şur dəstgahı kimi çox böyükdür – iki oktava yarım. Çahargah parlaq, virtuoz, qəhrəmani xaraketerli, dərin dramatik məzmunlu bir dəstgahdır. Çahargahı tamam-dəstgah çalmaq hər tarzənin işi deyildir. Bu muğamı çalan tarzənin güclü biləyi, iti barmaqları olmaqla bərabər, həm də texniki ustalığı və ifaçılıq üsulları da olmalıdır. Çahargah major muğamdır. Burada heç bir yalvarış, sızıltı və inilti motivləri yoxdur. Bu, muğam üsyandır.
Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır. [4]
Çahargah muğamı İran musiqisində
[redaktə | mənbəni redaktə et]Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir. [5]. Dəraməd, piş-zəngulə, zəngulə, nəğmə, zabol, bəstə-nigar, muyə, hasar, müxalif, məğlub, hodi, pəhləvi, rəcəd (ərcuzə) və mənsuri şöbələrindən ibarətdir.
Çahargah muğamı Türkiyə musiqisində
[redaktə | mənbəni redaktə et]Çahargah muğamı Uyğur musiqisində
[redaktə | mənbəni redaktə et]Çahargah Uyğur musiqisində 12 əsas muğamdan biridir [6].
Çahargah musiqi ladı (məqamı) kimi
[redaktə | mənbəni redaktə et]Çahargah məqamının quruluşu: 1/2— 1. 1/2 — 1/2 - ton formullu üç tetraxordun qovuşuq və yanaşı üsullarla (I və II tetraxordlar – qovuşuq, II və III tetraxordlar yanaşı üsülla) birləşməsindən ibarətdir; səssırası 11 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir [7] .
Məqamın səssırasının II, IV, VI, VIII, IX (IX#), XI pillələri istinad-dayaq pilləsi kimi “Çahargah” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır [8] [9].
Çahargah məqamında bəstələr
[redaktə | mənbəni redaktə et]- İnstrumental musiqi
- Üzeyir Hacıbəyov - "Cəngi" pyesi, "Çahargah" fantaziyası
- Asəf Zeynallı -"Çahargah" fortepiano pyesi
- Əfrasiyab Bədəlbəyli - "Qız qalası" baletinə giriş
- Qara Qarayev - "Yeddi gözəl" baletindən Vals
- Oqtay Kazımi - Çahargah fantaziyası
- Vokal musiqi
- Cahangir Cahangirov - "Çahargah" xoru (Dağlar qoynu duman olar)
- Tofiq Quliyev - "Bəxtəvər oldum" mahnısı
Qaynaqlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Melodik ladlar". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Çahargah". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Muğam Ensiklopediyası - Çahargah muğamının not yazıları". 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Muğam Ensiklopediyası - Rəng". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Encyclopedia Iranica - Iran. Music". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
- ↑ UNESCO - Uyghur Muqam of Xinjiang
- ↑ "Üzeyir Hacıbəyov - «Çahargah» ladında musiqi bəstələnməsi. Azərbaycan xalq musiqisinin əsasları". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Muğam Ensiklopediyası - Çahargah". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Muğam Ensiklopediyası - Çahargah məqamı". 2020-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ramiz Zöhrabov - Cahargah muğam dəstgahının nəzəri əsasları. Bakı: "Şur", 2000.
- Зохрабов Р. Ф. Арузные метры в азербайджанских теснифах. В кн. Проблемы музыкальной науки. Вып.3, М.1975.
- Бабаев Э. А. Ритмика азербайджанского дастгяха. Баку,1990.
- Elxan Babayev. - Azərbaycan muğam dəstgahlarında ritmintonasiya problemləri. Bakı, Ergün, 1996, 8 ç.v.
- Бабаев Э. А. Этапы исторического развития музыкального ритма восточной монодии. В кн. Наша традиционная музыка (на азерб. языке). Баку,2000, с.57-100.