Perqam
Pergamon | |
Pergamon | |
---|---|
τὸ Πέργαμον | |
39°07′00″ şm. e. 27°10′59″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | İzmir |
Salınma tarixi | E.ə. III əsr |
Banisi | məlum deyil |
İlk xatırlanma | E.ə. III əsr |
Milli tərkibi | türklər |
Müasir yeri | Perqam, İzmir, Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir.
Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir. Şəhər daha sonra Pergamon Krallığının paytaxtı oldu. Bu dönəmdə saray, məbəd, teatr kimi abidələrlə tikildi, şəhər qüllə divarlarla əhatə edilmişdir. Pergamon krallığın Romaya bağlanmasından sonra da Qərbi Anadolunun saylı şəhərlərindən biri olaraq qaldı. Qədim şəhərin qalıqları 1870-ci illərdə Qərbi Anadoluda dəmiryolu tikintisində çalışan Alman mühəndis Carl Humann tapdı. Pergamonda ilk araşdırma və qazıntı işlərinə də 1878-ci ildə başlanıldı. Qazıntılar və bərpa çalışmaları hələ də davam etməkdədir. 2011-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilən[1] Pergamo 2014-cü ildə isə Dünya Mirası olaraq təsdiq edildi.[2]
Pergamon akropolu
[redaktə | mənbəni redaktə et]Pergamon şəhərinin akropolu (şəhərin yuxarı hissəsi), Bakırçayının suladığı Ovaya Egemen bir təpənin üzərində yerləşir. Böyük bir qala görünümündəki akropolun əsas qapısına çatmadan solda Heroonun qalıqları vardır. Heroon, Antik Yunanistanda bir Qəhrəman ya da yarı tanrı adına edilmiş və çevrəsi sütunlu bir qaleriya ilə əhatəli müqəddəs yerlərin adıydı. Heroonda, dini mərasimin keçirildiyi otaq (kult otağı) geniş bir ön qaleriyanın arxasındaydı. Heroonnun şimalında Helenistik dönəmdən qalma bir dizi dükkandan ibarət olan uzun bir abidə yerləşirdi.
Şəhərin qoruyucusu sayılan ağıl və savaş tanrısı Athena adına inşa edilən Athena məbədi, Akropolun ən önəmli məkanıydı. Teatr səhnəsinin üzərində quraşdırılmış bu məbəd, Dor düzenində düzəldilmişdi. Qazntılarda Athena məbədinin bir çox parçası Berlinə göndərilərək əslinə uygun biçimdə orada yeniden qurulmuştur. Pergamonda isə yalnız təməlləri qalmışdır. Athena məbədinin şimalında dörd salonlu bir kitabxana var idi. Burası Helenistik dönəmin ən böyük kitabxanalarından biriydi. Kitabxanada "Bergama dərisi" olaraq adlandırılan perqament üstünə yazılmış 200 min kitab tapıldığı bilinməkdədir. Romalı hərb və dövlət adamı Marcus Antonius b.e. 41-ci ildə kitabların hamısını Misir kraliçəsi Kleopatraya ərmağan etmişdir.
Athena məbədinin güneyindəki bir terasta Zeus Sunağı yerləşirdi. Zeus Sunağı da Berlinə göndərilib təmir edilərək oradakı Pergamo muzeyinə (Bergama muzeyi) qoyulmuşdur. Helenistik dövrü memarlığının ən gözəl örnəyi olan sunağın Pergamonda yalnız təməlləri qalmışdır. Zeus Sunağının cənubunda Agora yerləşir. Agora cənub və şərqdən Dor düzənində sütunlu qalerilərlə əhatələnmişdi. Agorada toplanan xalq, siyasət və ticarətlə əlaqəli işləri rəhbərlərlə görüşüb danışardılar. Agoranın şimal-qərbində Agora məbədi yerləşirdi. Akropoln ən yüksək yerində Pergamo krallarının sarayları yüksəlirdi. Günümüzə bu sarayların yalnız aşağı təməlləri çatmışdır. Sadə görüntülü bu tikililərdə odalar sütunlu bir avlu dairəsində sıralanırdı.
Athena məbədinin qərbindəki dik yamacda, təxminən 10 min nəfərlik bir teatr yerləşir. Ellinizm dövrdə edilən teatrın uçuruma baxan ön tərəfi setlərlə təmir edilmişdir. Teatrın taxta bir səhnəsi vardı və bu səhnə sökülüb yenidən inşa edilmişdir. Akropolun bir başqa məbədi olan Dionysos məbədi, teatr terasının şişalındad. 25 pilləkənlə çıxılan bir podium üzərində olan məbədin yalnız ön üzündə sütunlar var idi.
Orta şəhər
[redaktə | mənbəni redaktə et]Bu gün Orta şəhər deyilən yerləşmə, köhnə Pergamon şəhərinin bir başqa hissəsi idi. Şəhərin yuxarı hissəsi Akropoludə, daha çox kral ailəsi ilə idarəçilər, ziyalılar və komandirlər otururdu. Orta şəhər isə xalqın rahatlıqla girib çıxdığı yerdi. Burada birbaşa dövlət rəhbərliyi ilə əlaqədar olmayan strukturlar, gənclər üçün idman sahələri, xalqa açıq məbədlər yeləşirdi.
Orta şəhərin əhəmiyyətli sahələrindən biri Demeter Müqəddəs Alanıydı. Bu sahədə düzbucaqlı bir platformada yerləşirdi. Bu gün Dağlıq Gymnasiondan gəlindiyində, köhnədən bir bulaq ilə qurban uçurumunun olduğu sahəyə girilirdi. Buradan beş pilləkənlə çıxılan iki sütunlu monumental girişə (propylaia) çatılır. Müqəddəs sahəyə buradan enirlər. Sahənin solunda məbəd, ortasında isə qurbangah var idi. Sağ yandakı 10 sıralı oturma sahəsində, Demeter və Kore dini mərasimlərini 600 adam izləyə bilirdi.
Gymnasion Orta şəhərin ən böyük quruluş kompleksiydi. Burada müxtəlif idman növlərində işlər və yarışlar keçirilərdi. Gymnasion yuxarıya doğru genişlənən üç terras üzərində qurulmuşdu və bir baxıma üç ayrı Gymnasion formasında inşa edilmişdi. Üst terası yetkinlərə, orta terası gənclərə, alt terası isə uşaqlara ayrılmışdı. Orta hissəsində qalerilərlə əhatəli sahədə güləş, disk atma, uzun tullanma kimi idman oyunları təşkil edilirdi. Şimaldakı qaleriyanın arxa hissəsindəki salonlarda müxtəlif mövzularda dərslər verilirdi. Bu salonlardan biri 1.000 adam yerləşə biləcək böyüklükdəydi. Cənub qalerisinin altında olan üstü bağlı qaçış yolu 212 metr uzunluğunda idi.
Orta Gymnasionun qərbində gənclərin təhsil gördüyü strukturlar vardı. Uzun qaçış yolu şərqdə Herakles və Hermesə həsr olunmuş məbədə açılırdı. Yarışlarda müvəffəqiyyətli olan gənclərin adları məbədin divarlarına yazılırdı. Kiçik uşaqların təhsilinə ayrılan Aşağı Gymnasion 80 metr uzunluğunda bir terasa qurulmuş strukturlardan meydana gəlirdi.
Yuxarı Gymnasionun qərbində iştirak edən Asclepius məbədinin günümüzə yalnız təməlləri çatmışdır. Həkimlik tanrısı Asclepius adına edilən məbəd dini xüsusiyyətlərinin yanında tibb sahəsində araşdırma və təcrübələrin həyata keçirildiyi bir məktəb idi. Xəstələr bitkilərdən əldə edilən dərmanlar, əməliyyat, su və palçıq hamamları ilə bərabər, idman, musiqi, əyləncə və təlqin yolu ilə müalicə edilirdi
Aşağı şəhər
[redaktə | mənbəni redaktə et]Pergamonun Aşağı şəhər olaraq adlandırılan aşağı hissəsində, iki sütunlu qalerilərlə əhatəli Aşağı Agora ilə heykəl məktəbi və evlər vardı. Evlər içində ən diqqət çəkəni, sütunlu qaleriyaları olan iki mərtəbəli Attalos evidir. Buranın cənub-şərqə açılan otağı, qışda belə günəşlə isidilirdi. E.ə. II əsrdə divarlarla əhatələnmiş şəhərə cənubdakı Eumenes qapısı tikilmişdir. Bu gün bu qapıdan girənlər, incə quruluşlu bir sütun sırası ilə qarşılaşırlar. Misir tanrısı Serapisə həsr olunmuş məbəd, köhnə Pergamonun ən böyük quruluşudur. Qırmızı kərpicdən inşa edildiyi üçün Qırmızı qvlu olaraq da adlandırılar.
Roma şəhəri
[redaktə | mənbəni redaktə et]Pergamon şəhərinin şimal-qərbi ilə Pergamo çayı arasında Roma dövrü yerləşməsi tapılıb. Burada 50 min nəfərlik amfiteatr ilə 30 min nəfərlik teatr idi. Hal-hazırda Viran qapı deyilən qalıqlar teatrın günümüzə çatan kəməridir. Pergamon aparılan nizamlı qazıntılarla böyük hissəsi ortaya çıxarılmış bir ilkçağ şəhəridir. Burada qurulan Pergamo muzeyi, Türkiyənin ilk arxeologiya muzeyidir. Pergamon tapıntılarının bir çoxu burada nümayiş etdirilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bergama" (İngilizce). UNESCO. 4 Nisan 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 3 Ağustos 2015.
- ↑ "Pergamon and its Multi-Layered Cultural Landscape" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine. UNESCO. Erişim tarihi: 3 Ağustos 2015.