Honkonq qripi
Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) — 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyası.[1][2][3] Bu qrip Influenza A virusunun H3N2 ştamı tərəfindən yaranır. Bu ştam antigen dəyişikliyi yolu ilə H2N2 ştamından törəmişdir. İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilmişdir.
Kliniki məlumat
[redaktə | mənbəni redaktə et]Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edirdilər.
Virusologiya
[redaktə | mənbəni redaktə et]1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılmışdır.
Həm H2N2, həm də H3N2 pandemik qrip ştamları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda yaranmış və tezliklə insanlara keçmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Paul, William E. Fundamental Immunology. 1273. 2014-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
- ↑ "World health group issues alert Mexican president tries to isolate those with swine flu". Associated Press. April 25, 2009. 2009-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-26.
- ↑ Mandel, Michael. "No need to panic ... yet Ontario officials are worried swine flu could be pandemic, killing thousands". Toronto Sun. April 26, 2009. 2009-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-26.
- ↑ Chapter Two : Avian Influenza by Timm C. Harder and Ortrud Werner Arxivləşdirilib 2016-05-10 at the Wayback Machine from excellent free on-line Book called Influenza Report 2006 which is a medical textbook that provides a comprehensive overview of epidemic and pandemic influenza.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Blakely, Debra E., Mass Mediated Disease: A Case Study Analysis of Three Flu Pandemics and Public Health Policy, Lanham: Lexington Books, 2006, 148–196, ISBN 0-7391-1387-9 (#redundant_parameters).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Influenza Research Database – Database of influenza genomic sequences and related information.