Yaşıl qızılağac
Naviqasiyaya keç
Axtarışa keç
Yaşıl qızılağac | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yaşıl qızılağac |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yaşıl qızılağac (lat. Alnus alnobetula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Bu bitki iri kol, yaxud hündürlüyü 3–12 m olan və hətta yaşlı vaxtlarda belə hamar boz gövdəyə malik ağacdır. Uzunluğu 3-8 sm, eni 2-6 sm sm olan yaşıl, parlaq yarpaqlara malikdir. Çiçəkləri salxım şəkilli olub, yazın sonlarında yarpaqlar açdıqdan sonra açır. Erkəkcik salxımların uzunluğu 4-8 sm, dişicik salxımların uzunluğu 1 sm, eni 0,7 sm olur. Meyvəsi payızın sonlarında yetişir. Toxumları 1–2 mm uzunluğunda açıq qəhvəyi rəngdə olur.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Betula viridis Chaix
- Alnaster viridis (Chaix) Spach
- Semidopsis viridis (Chaix) Zumagl.
- Duschekia (Chaix) Opiz