Franko Modilyani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Franko Modilyani
ing. Franco Modigliani
Doğum tarixi
Doğum yeri Roma  İtaliya
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Massaçusets ABŞ ABŞ
Milliyyəti  İtaliya
Elm sahəsi Maliyyə
İş yerləri İllinoys Universiteti, Karnegi Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu
Təhsili
Elmi rəhbəri Ceykob Marşak
Tanınır Modilyani-Miller teoremi, Həyat dövrləri hipotezi, MPS modeli
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1985 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Franko Modilyani (ing. Franco Modigliani) (18 iyun 1918 - 25 sentyabr 2003) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyatstatistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi. 1948-ci ildə İllinoys Universitetinə iqtisadiyyat professoru kimi təyinat almışdı. 1950-1960-cı illərin əvvəllərinə qədər ABŞ-də Karnegi Mellon Universitetinin Sənaye Müəssisəsi Məzunları Məktəbində professor olaraq işləmişdi. Franko Modilyani 1962-ci ildə Massaçusets Texnologiya İnstitutuna professor kimi təyinat almış və ömrünün sonuna qədər orada dərs keçmişdi. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.

Franko Modilyani 25 sentyabr 2003-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində 85 yaşında olarkən vəfat etmişdi.

Franko Modilyani iqtisadiyyata iki yeni töhfəsi ilə məşhurlaşmışdı:

  • İqtisadiyyatın ümumi qənaət həcmini açıqlamaqla bağlı həyat dövrləri hipotezini meydana gətirmişdi. Bu hipotezə görə bir iqtisadiyyatda fərdlər həyatları boyunca stasionar-balanslı istehlak səviyyəsini qorumaq məqsədi güdürlər. Buna görə də fərdlər iş həyatına başladığı zaman borclanıb heç qənaət etməməkdə, iş həyatlarını təkmilləşdirdikcə qənaət edib köhnə borclarını ödəyib təqaüdə çıxdığı zamanda gəlirləri olmadığı vaxtdakı istehlaklarını qarşılamaq üçün qənaət edib kapital yaratmaqda və təqaüd vaxtlarında isə əvvəlki qənaətlərindən istifadə etməkdədirlər.
  • Başqa bir ABŞ iqtisadçısı Merton-Millerlə birlikdə şirkət maliyyəsi haqqında Modilyani-Miller teoremini meydana gətirmişdi. Bu teoremə görə müəyyən xüsusi və realistik bir sıra ehtimallar baş verərsə, bir firmanın istehsalını maliyyələşdirməsi üçün səhm sənədlərinin satışı metodunu istifadə etməsi ilə əmtəəni bazardan borc alma metodu ilə maliyyə mənbəyi tapmağı arasında firmanın dəyərinə təsirləri baxımından heç bir fərq yoxdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]