Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya | |
---|---|
URL | az.wikipedia.org |
Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
Saytın tipi | onlayn ensiklopediya |
Qeydiyyat | məcburi deyil |
Dil | Azərbaycan dili |
Sahibi | Vikimedia Fondu |
Yaradılma tarixi | yanvar 2002 |
Məqalələrin sayı | 200.127 (55-ci yer) |
Faylların sayı | 14.799 |
Səhifələrin sayı | 581.992 |
Redaktələrin sayı | 7.818.589 |
İstifadəçilərin sayı | 299.898 |
Aktiv istifadəçilərin sayı | 562 |
İnzibatçıların sayı | 15 |
Dərinlik | 48,9 |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 4 noyabr 2024 — Azərbaycan dilində olan Vikipediyada 200.137 məqalə var.
25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.
Azərbaycanca Vikipediya
[redaktə | mənbəni redaktə et]2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik.
Məqalə sayı
[redaktə | mənbəni redaktə et]- 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır.
- 9 mart 2007–5,000 məqalə[1]
- 22 iyul 2007–10,000 məqalə[1]
- 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.[2]
- 29 iyul 2011–75,000 məqalə (5,819 məqalə ərəb əlifbasında).
- 17 sentyabr 2012–90,000 məqalə[3]
- 10 mart 2014 — I Milli Vikipediya Forumu
- 25 mart 2014 — Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100,000+ bölməsinə adlamışdır.[4]
- 14 aprel 2015–95,873 məqalə (bütün ərəb əlifbasında məqalələr silinmişdir)
- 22 iyul 2015 — Azərbaycan dilində ərəb əlifbasında ayrı Vikipediya yaradılmışdır.
- 29 oktyabr 2015–100,000 məqalə
- 24 sentyabr 2019–150,000 məqalə
- 10 may 2024–200,000 məqalə
Vikipediyaçıların görüşləri
[redaktə | mənbəni redaktə et]İlk görüş
[redaktə | mənbəni redaktə et]Azərbaycanca vikipediyaçılar arasında ilk görüş 6 dekabr 2009-cu ildə Qafqaz Media Tədqiqatları Mərkəzinin İçərişəhərdə yerləşən ofisində baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir.[5].
I Milli Vikipediya Forumu
[redaktə | mənbəni redaktə et]Loqo
[redaktə | mənbəni redaktə et]-
rəsmi loqo
-
Vikipediyanın 10 illiyi
-
50 000 məqalə
-
Ərəb əlifbasında 10 000 məqalə (qeyri-rəsmi)
-
100 000 məqalə
-
200 000 məqalə
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "Wikimedia News/2007". 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "В Баку был проведен Первый национальный форум википедистов". 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Wikimedia News/2012". 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Azərbaycandilli Vikipediyada məqalə sayı 100 mini ötdü". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Vikipedi kullanıcıları Bakü'de toplandı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-25.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycanca Vikipediya — Facebook səhifəsi
- Azərbaycanca Vikipediya — X səhifəsi
- Azərbaycanca Vikipediya — Instagram səhifəsi
- Azərbaycanca Vikipediya — YouTube kanalı
- Qeyri-rəsmi facebook qrupu
- Vikipediya kollektiv bilik mənbəyidir
- Vikipediyada bizə qarşı informasiya savaşı Arxivləşdirilib 2013-10-10 at the Wayback Machine