42°38′36″ şm. e. 24°48′25″ ş. u.HGYO

Stara-Reka qoruğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stara-Reka qoruğu
bolq. Стара река
Sahəsi 19,747 km²
Yaradılma tarixi 19.03.1981
Yerləşməsi
42°38′36″ şm. e. 24°48′25″ ş. u.HGYO
Ölkə  Bolqarıstan
dagzapoved.ru
Stara-Reka qoruğu xəritədə
Stara-Reka qoruğu
Stara-Reka qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stara-Reka qoruğu (bolq. Стара река) — Bolqarıstandakı Mərkəzi Balkan Milli Parkındakı doqquz qoruqdan biridir[1]. Qoruq Balkan dağlarının bənzərsiz ekosistemlərini qorumaq üçün 19 mart 1981-ci ildə təşkil edilmişdir[2]. 1974.7 ha (19.747 km²) bir ərazini əhatə edir.

Qoruq Plovdiv vilayətinin şimal hissəsində Karlovo şəhərindən bir neçə kilometr şimalda yerləşir. Balkan dağlarının cənub yamaclarını əhatə edir. Levski (2166 m) və Qolyam-Kupen (2169 m) zirvələrindən dağ zəncirinin əsas silsiləsindən Stara Reka vadisi və onun qolları boyunca cənuba doğru uzanır[1][3].

Qoruğun hündürlüyü 1000 ilə 2169 m arasında dəyişir. Balkan dağlarının cənub yamaclarında il ərzində orta hesabla 120 gün davam edən qar örtüyü ilə mülayim iqlim var. Torpaq növləri müxtəlifdir - ən yüksək bölgələrdə dağ çəmən torpaqlarından tutmuş aşağı yüksəkliklərdə qəhvəyi meşə və qəhvəyi torpaqlara qədər dəyişir[3].

Stara Reka Təbiət qoruğundakı meşə arealı əsasən dörd-beş növ ağacdan ibarətdir. Qoruğun ən aşağı hissələri qaya palıdı, meşə fıstığı, ağ göyrüş, Ostrya carpinifolia, Carpinus orientalis ilə örtülmüşdür. Çöl ağcaqayını, Sallaq tozağacı daha yüksəklərdə böyüyür. Adi küknar meşələri ən yüksək ərazilərdə yayılmışdır[3].

Qoruq nadir növlərlə zəngindir. 45 növ Bolqarıstanın Qırmızı Kitabına daxil edilmişdir, bunlardan 20-i endemikdir. Məsələn, Primula frondosa, Centaurea kerneriana, Campanula trojanensis, Stachys alpina və başqaları.

Stara Reka Təbiət Qoruğunda Balkan dağlarının cənub yamacları boyunca qərbdən gələn qarapaça populyasiysası var. Qonur ayı, canavar, çöl pişiyi, meşə sansarısusamuru üçün də vacib bir sığınacaqdır.

Yırtıcı aviafaunaya məzar qartalı, berqut, cırtdan qartalça, ütəlgi qızılquş, şahin, bildirçinçalanadi yapalaq kimi quş növü ilə təmsil olunur. Qoruma üçün digər vacib quşlar: adi bonazi tetrası, ağbel ağacdələn, qara ağacdələn[3].

  1. 1 2 "Stara Reka Reserve". Official Site of Central Balkan National Park. 20 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2017.
  2. "Register of the Protected Territories and Zones in Bulgaria". Official Site of the Executive Environment Agency of Bulgaria. 13 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2017.
  3. 1 2 3 4 "Stara Reka Reserve: Detailed Information". Official Site of Central Balkan National Park. 14 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2017.