23°40′56″ şm. e. 74°52′08″ q. u.HGYO

Ram-Ki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ram-Ki
Ümumi məlumatlar
Sahəsi
  • 78 km²
Hündür nöqtəsi 6 m[1]
Əhalisi
  • 53 nəf. (2015)
Yerləşməsi
23°40′56″ şm. e. 74°52′08″ q. u.HGYO
Ölkə
Ram-Ki xəritədə
Ram-Ki
Ram-Ki

Ram-Ki (ing. Rum CayBaham adalarında ada və rayon. 1996-cı ilə qədər ada San Salvador və Ram-Ki rayonunun bir hissəsi idi.

San Salvador adasından 32 kilometr (20 mil) cənub-şərqdə yerləşən Ram-Ki adasının səthi əsasən düzdür, hündürlüyü təxminən 37 metr (121 ft) yüksəkliyə qədər olan yumşaq maili təpələrlə örtülmüşdür. Əsas yaşayış yeri kokos bağlarının ortasında yerləşən Port-Nelson kəndidir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ram-Ki Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Port-Nelson kəndidir. Rayonun sahəsi 78 km2, əhalisi 99 nəfərdir.

XIX əsrin ikinci yarısında Ram-Ki adasının əhalisi beş min nəfərə çatmışdır. Adanın iqtisadiyyatında mühüm yer ananasın becərilməsi, duz hasilatı və sisal istehsalı tuturdu, lakin rəqabət və 1926-cı il qasırğası kimi təbii fəlakətlər öz təsirini göstərmişdir. Odur ki, indiki dövrdə əsas məşğuliyyət ada turizmdir. "Mərzlər" adlanan plantasiya sərhədləri adanın hər yerində görünə bilər. Bu plantasiyalar XIX əsrin əvvəllərinə, loyalistlərin orada məskunlaşdığı vaxta təsadüf edir. İndi demək olar ki, bütün ada sakinləri Port-Nelson kəndində yaşayır.

Adanın şimalında lukayan təsvirləri və yazıları olan bir mağara var. Hindilərin yarasa nəcisi ilə mayalandırdıqları adanın münbit torpağında kəndlilər aravak dövrünə aid müxtəlif əşyalar tapmışlar.

  1. GeoNames (ing.). 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]