Karlos Kirina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karlos Kirina
Doğum tarixi
Doğum yeri Filippin
Vəfat tarixi (89 yaşında)
İxtisası tarixçi
Fəaliyyəti tarixçi

Karlos Lozada Kirino (14 yanvar 1910 - 20 may 1999) filippinli tarixçi, yazıçı, bioqraf, hüquqşünas və jurnalist idi. Tarixi ədəbiyyat sahəsində xalq rəssamı.

Filippin Respublikasının altıncı prezidenti Elpidio Kirinonun qardaşı oğlu.[1] Əlavə hüquq təhsili alıb və 1940-cı ildə Filippin Vəkillər Kollegiyasına qəbul olub.[2] İkinci Dünya Müharibəsi veteranı, Batanda Uzaq Şərqdə (USAFFE) ABŞ Ordusu ilə döyüşüb. Yaponlara əsir düşüb. Batan yarımadasındakı Ölüm yürüşünün iştirakçısı olmuşdur. Karlos qaçıb Filippin partizan hərəkatına qoşulmağı bacardı.

Müharibə bitdikdən sonra Ticarət Nazirliyində işləyib. 1961-ci ildə Milli Kitabxananın direktoru vəzifəsinə təyin olunub. Dörd il bu vəzifədə çalışıb. Bundan sonra o, Filippin Kitab Gildiyasının sədri oldu. Ayala muzeyi və kitabxanasının təsisçisi və 1971-ci ildən ilk kuratoru olmuşdur. Karlos Kirina 20 may 1999-cu ildə Tagildəki qəhrəmanlar qəbiristanlığında dəfn edilmişdi.

Yaradıcılıqı

[redaktə | mənbəni redaktə et]

Karlos Kirina Filippinin ən qədim və ən məhsuldar tarixi yazıçılarından biridir. O, əsasən Filippinin görkəmli tarixi, siyasi və mədəniyyət xadimlərinin tərcümeyi-halı olan 30-dan çox kitab yazmışdır.

  • Quezon,taleyin adamı (1935)
  • Böyük Malaya (1940)
  • Maqsaysay və Filippin (1958)
  • Filippin Kartoqrafiyası (1959)
  • Damian Dominqo: İlk görkəmli filippinli rəssam (1961)
  • Filippin Şəkər Sənayesinin Tarixi (1974)
  • Filippinlilər müharibədə: Mactandan EDSA-ya Azadlıq uğrunda mübarizə (1981)
  • Amang, Eulogio Rodriguez, Sr. Həyatı və Zamanları (1983)
  • Bənövşəyi ürək medalı
  • "Şərəf Legionu" ordeni (Filippin) (1990)
  • Tarixi ədəbiyyat sahəsində xalq rəssamı (1997)
  • Milli Mədəni İrs Mükafatı (1961 və 1972).
  1. "Pen, Paper, and Bookmaking: The Life of Carlos Quirino – Yuchengco Museum" (ingilis). November 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2022.
  2. Ganzon, Arch. Carlo Luis. Journey: Contemporary Arts of the Philippines. Phoenix Publishing House Inc. 2017. 85–86. ISBN 978-971-06-4330-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]