Basta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Basta
Баста
Ümumi məlumatlar
Doğum adı Vasili Mixayloviç Vakulenko
Ləqəbləri Basta Xryu, Basta Bastilio, Basta, Noqqano, N1NT3ND0, Dead Vasil
Doğum tarixi (44 yaş)
Doğum yeri Rostov-na-Donu, RSFSR, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor.
Fəaliyyət illəri 1996-bu günə kimi
Janrlar Rus repi, Hip-hop, Qanqsta-rep
Musiqi alətləri gitara, zərb aləti maşını[d]
Səs tembri bariton
Albom şirkəti Gazgolder Records
Əlaqələri Guf, QP, «Triaqrutirka», «АК-47», Smoki Mo, Lion, Kaje Oboyma Nervı qrupu, Tati
bastatour.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda NoqqanoN1NT3ND0 ləqəbləri ilə də tanınır.

"Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır.

Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır. O, 15 yaşından etibarən rep yazmış və oxumuşdur. 12 iyun 2009-cu ildə Yelena Pinski ilə evlənmişdir. 4 dekabr 2009-cu ildə onların Maşa adlı qızları doğulmuşdur. 21 yanvar 2013-cü ildə isə Vasilisa adlı ikinci qızları dünyaya gəlmişdir.[1][2]

16–17 yaşlarında müxtəlif janrlarda musiqiləri dinləyən Basta özü də müxtəlif replər yazmış, 17 yaşında "Qorod" (rus. Город) adlı ilk mahnısını yazdırmışdır. Bu mahnıdan sonra o, peşəkar karyerasına başlamışdır. "Moya iqra" mahnısının yazılmasından sonra Basta, heç kimə lazım olmadığı düşüncəsinin təsiri ilə narkotik maddələr qəbul etməyə başlayır. Lakin, bir müddət sonra, narkotikadan istifadəni dayandıraraq, bir daha narkotik maddələr qəbul etməyəcəyinə söz verir.

1997-ci ildən Basta "Psixolirik" (rus. Психолирик) qrupunda (bu qrup "Kasta" qrupunun ilk tərkibi idi) çıxış etməyə başlayır. 17 yaşı olarkən o, bu qrupda Basta Xryu adıyla tanınmağa başlayır və "Psixolirik" qrupunun "Perviy udar" (rus. Первый удар) albomuna daxil olan "Qorod" mahnısını yazır.

Məhz Basta Xryu "Psixolirik" qrupunun adının "Kasta" olaraq dəyişdirilməsini təklif edir. Qrupun rəhbəri olan onun dostu və qrupun rəhbəri Vladi bu təklifi isti qarşılayır. Qrup "Perviy udar" mahnısını yenidən yazır və mahnını özlərinin vizit kartı kimi istifadə edir. 1998-ci ildə Basta Xryu solo fəaliyyətinin əsasını qoyan "Moya iqra" (rus. Моя игра) mahnısını yazır.

Basta 21 iyul 2010-cu ildə Gufla birlikdə Yaşıl teatrdakı konsertdə.

Drijorluq ixtisası üzrə musiqi təhsili aldığı müddətdə Basta fəaliyyətini dayandırmır. Həmin ərəfədə, 1996-cı ildə o, "Moy qorod" (rus. Мой город) adlı ilk mahnısını yazır və "Street sound" adlı ilk qrupunu yaradır. Basta həmin qrupun da tərkibində Basta Xryu adıyla iştirak edir. "Ətrafda olan hər şeyi dağıtdığıma görə, məni balaca vaxtımdan xryuşa (donuzcuq) adlandırırdılar" deyə Basta izah edir.

Həmin dövrdə, sonrakı on ildə rus repinə liderlik edən məşhur Rostov rep hərəkatı formalaşır. Basta bilavasitə bu prosesdə iştirak edir. Həmçinin "Perviy udar" mahnısı ilə aparıcı gənc reperlərin bir yerə toplandığı "Kasta" qrupunun formalaşdırılmasında iştirak edir.

Daha sonra, Basta daha fərqli – lirik istiqamətdə yaradıcılığını davam etdirir. "Moya iqra" mahnısı onun yaradıcılığının mühüm mərhələlərindən birini təşkil edir. Bu mahnıdan sonra Vasya Vakulenko bütün Rostovda məşhurlaşır. "Ulduz xəstəliyi? Yox, yaranmadı. Narkotika, yaşlı dostlar və real xuliqanlar yarandı" – deyə Basta xatırlayır. "Dəqiq deyə bilərəm ki, bu mahnı dəfələrlə məni xilas edib. Elə olub ki, istəyiblər öldürsünlər, amma öyrənəndə ki, bu mahnını oxuyan mənəm, rahat buraxıblar."

Lakin, bütün bu mürəkkəb bə ağır həyat, tezliklə geridə qalır və Bastanın albomlarına daxil olan mahnıların mövzularına çevrilir. "2002-ci ildə dostum Jora anasından pul aldı və biz kompüter aldıq." Vadik QП gələcək albomun sınaq versiyası üzərində çalışmağa başladı. Təsadüfən həmin mahnılar Boqdan Titomirin əlinə keçir və o, gənclərə Moskvaya gəlməyi təklif edir. Həmin vaxt 2004-cü il idi, iki il sonra isə, "Basta 1" albomu təqdim edilir, telekanallarda isə "Osen" (rus. Осень) klipinin yayımına başlanılır. "Qazqolder" (rus. Газгольдер) Bastanın Moskva həyatının ayrılmaz hissəsidir. Həmin dövrdə yenicə açılmış klub, Moskvanın ən qapalı məkanlarından biri kimi tanınırdı. Lakin, Basta yerli rep-yələncələrindən məsafəli qalmağa çalışırdı. Moskvada onun ilk yeni tanışı – sonradan təqdimatçısı olan Smoki Mo olmuşdur, daha sonra isə Basta Gufla tanış oldu. "Bir dəfə mən Gufun konsertinə getmişdim, o isə "Moya iqra" mahnısını ifa etdi. Biz qərara gəldik ki, sonradan mahnının "Basta 2" albomuna daxil edilmiş kover versiyasını ifa edək" – deyə Basta qeyd edir. Lakin əsas hadisə bundan sonra, Bastanın "Centr" qrupunun "Qorod doroq" (rus. Город дорог) klipində çəkilməsindən sonra baş verdi. Bu klipdən sonra Bastanın məşhurluğu doğma Rostov və Moskvanın sərhədlərindən çox-çox uzağa yayıldı.

Basta 21 iyul 2010-cu ildə Gufla birlikdə Yaşıl teatrdakı konsertdə.

Basta nominasiyalar, mükafatlar və statuslar yağımuruna tuş gəldi. 2007-ci ildə satışa çıxarılmış "Basta 2" albomu satış üzrə hitlərdən birinə çevrildi. Bu albomda Bastanın mahnıları daha yetkin və müxtəlif səslənirdi. Noqqano ləqəbi ilə iki çıxışdan sonra Basta, üçüncü albomunu ölkənin aparıcı reperlərindən biri kimi təqdim etdi. Yeni albom daha böyük auditoriya üçün hesablanmışdı və alboma daxil olan "Urban" (rus. Урбан), "Rostov" (rus. Ростов), "Solnça ne vidno" (rus. Солнца не видно) və "Kaliforniya" (rus. Калифорния) kimi mahnılar Moskvanın ən böyük meydanlarında dəfələrlə səsləndirildi.

2012-ci ilin oktyabrında Basta Mixeyin bir neçə mahnısının kover versiyasını ifa etdi və "Mama" mahnısına klip çəkdirdi.[3] Həmçinin, Basta, Mixeyin ölümünün 10 illik xatirəsinə həsr edilmiş və noyabr ayının 1-də "Arena Moscow" meydançasında baş tutmuş xüsusi konsertlə çıxış etdi.[4]

2012-ci ilin sonunda Basta QİÇS-ə yoluxmuş insanların diskriminasiyasına diqqət çəkmək məqsədi ilə təşkil edilmiş video kompaniyaya qoşulmuşdu.[5]. 20 aprel 2013-cü ildə Basta müğənni Tati, repçilər Smoki Mo və Rem Diqqa, Ukraynanın "Nervı" və "Green Grey" qrupları və "Adeli" xorunun iştirakı ilə yazılmış dördüncü albomunu təqdim etdi.

18 iyul 2013-cü ildə "Qazqolder" leyblinin bütün ifaçılarının iştirakı ilə Qorko parkında "Yaşıl teatrda" "Basta +" adlı konsert keçirildi. Konsert ərəfəsində Bastanın eyni adlı yığma albomu nəşr edildi. Alboma Bastanın müxtəlif vaxtlarda dost ifaçılarla oxuduğu mahnılar, həmçinin "Qazqolder" ifaçılarının müxtəlif bəndləri və ya nəqarəti Basta tərəfindən ifa olunmuş mahnıları, bundan əlavə Bastanın əvvəllər heç yerdə çıxarılmamış mahnıları da təqdim olunmuşdur.

20 iyul 2013-cü ildə "Birinci kanal"da "Vladimir Mayakovski. Üçüncü artıqdır" adlı sənədli filmin təqdimatı baş tutdu və bu filmdə Basta şairin bir neçə şeirini səsləndirməklə iştirak etmişdi.[6] 5 sentyabr 2013-cü ildə "Kultura" telekanalı Erik Bulatovun 80 illik yubileyinə həsr edilmiş "Florensiyada bahar" adlı sənədli filmi təqdim etdi və bu filmin musiqilərini də Basta yazmışdı.[7].

2013-cü ilin noyabrında Bastanın Instagram hesabında repçi Smoki Mo ilə birgə studiya çalışmasını əks etdirən foto və birlikdə yeni albom üzərində çalışmalarını əks etdirən qeyd paylaşıldı.[8]

2013-cü ilinsonunda "Time Out" jurnalında nəşr edilmiş ilin 15 rus ifaçısı siyahısına Bastanın da adı daxil edilmişdir.[9] iTunes-un Rusiya bölməsinin nəticələrinə görə "Basta 4" albomu ilin ən çox satılan alnbomları sırasında üçüncü yeri tutdu və ayrılıqda ilin ən uğurlu hip-hop albomu oldu.[10]

2014-cü ilin əvvəlində Vasili Noqqanonun üçüncü albomu üzərində işlərin başladığını elan etdi.[11]

"Noqqano – xuliqan layihəsidir. O, arvadbaz, burdar və əclafdır. Asosial və amoral bir tipdir" – Vasili Vakulenko öz qəhrəmanına məhz bu cür xarakteristika verir.

Noqqano personajı 2007-ci ildə meydana gəldi. Həmin vaxt Vasya artıq Basta ləqəbi ilə çıxış edir, lirik və romantik treklər səsləndirirdi. "Bastanın ikinci albomu təqdim edildikdən sonra, mən Noqqano üçün yazmağa başladım" – deyə Basta ikinci alter-eqosunun yaranmasını xatırlayır. "Hazırladığım bir çox materialın təqdim edilməsi böyük cəsarət tələb edirdi" deyə Vasili qeyd edir.

"Noqqano birinci" və "Noqqano isti" albomlarının çıxarılmasına kimi Noqqanonun mahnıları internetdə pulsuz yayımlanmışdı. Moskvada üç mövsüm ard-arda "Pati u Noqqano" adlı mədəni şou keçirilmişdi.[12]

"N1NT3ND0" (rus. Нинтендо) – musiqiçinin 2008-ci ildə təqdim etdiyi yeni minimalistik layihəsidir ki, bu layihənin janrını Vasili özü "kiber-qanq" olaraq qeyd edir.[13] "N1NT3ND0"nun treklərinin xüsusi tematikası, spesifik musiqisi və ifa manerası var.[14] Onun treklərini müşayət edən musiqi breyk-bit, texno, elektron sempl və özünəməxsus cənub hip-hopunun (trep) sintezindən yaranıb. Layihənin adının yaradılması yapon dilində "Nin-Ten-Do" ifadəsinə bağlıdır ki, bu da tərcümədə "Biz işimizi keyfiyyətli görürük və nəticə gözləyirik" mənasını verir.[15] "N1NT3ND0"nun konserti üçün Vasili "dörd divarı əhatə edən işıq proyeksiyalarından qurulmuş kiber oyun" yaradılmasını istəyir.[16]

3 oktyabr 2011-ci ildə eksklüziv olaraq ThankYou.ru resursunda Vasilinin "N1nt3nd0" layihəsinin eyni adlı ilk albomu təqdim edilmişdir.[17]

"Bratia Stereo"

[redaktə | mənbəni redaktə et]

2011-ci ildən Vasili "Bratia stereo" adlı yeni elektron layihə üzərində işləməyə başlamışdır. Bu layihədə Vasili ilə yanaşı Kupe, həmçinin haus, dabstep, minimal, texno, hip-hop, rok və bir çox müxtəlif musiqi janrlarını təmsil edən musiqiçilər iştirak edirlər.

21 oktyabr 2013-cü ildə iTunesda "Bratia Stereo"nun "Supa Life" adlı ilk rəsmi trekinin təqdimatı olmuşdu. 29 dekabrda Qazqolder leyblınən rəsmi saytında layihənin debüt albomu pulsuz yerləşdirilir.[18] Konsert-təqdimat fevralda, "N1NT3ND0"nun ilk çıxışı ilə eyni vaxtda baş tutacaq.[19]

" “Mənim layihələrimin hər birinə aid olan musiqilər stil və əhvalına görə bir-birindən fərqlənir. Hər dəfə yeni və qeyri-adi nəsə etməklə təkmilləşmək mənim üçün maraqlıdır.
müsahibələrindən birində Vasili deyir.
"

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 2013 — Bratia Stereo
  • 2011 — "QaZ"qolder

Ümumiləşdirmələr

[redaktə | mənbəni redaktə et]
  • 1997 — "Perviy udar" (Psixolirik qrupunun tərkibində)
  • 2000 — "V polnom deystvii" (Psixolirik qrupunun tərkibində)
  • 2005 — "Basta: Naçalnoe tvorçestva. Çast 1]]"
  • 2005 — "Basta: Naçalnoe tvorçestva. Çast 2"
  • 2008 — "K tebe"
  • 2009 — "Noqqano: Neizdanno"
  • 2010 — "Noqqano: Sovmestki"
  • 2013 — "Basta +"

Konsert albomları

[redaktə | mənbəni redaktə et]
  • 2013 — "Basta (Crocus City Hall 2012) [Live]"
  • 2014 — "iTunes Session"
  • 2012 — "Moya vselennaya" ft. Tati
  • 2013 — "ÇK" (Çistiy kayf)
  • 2013 — "Intro" (Basta 4)
  • 2014 — "Supergeroy" (OST Yeni hörümçək-adam 2)
  • 2007 — Kaçeli (Centr qrupunun albomu)
  • 2007 — I Am The Russian Dream vol.1 (Phlatline miksteyp/promo-ümumiləşdirmə)
  • 2008 — Sto iz sta (reper ST-nin albomu)
  • 2008 — Mars (Marselle qrupunun albomu)
  • 2008 — Efir v norme (Centr qrupunun albomu)
  • 2009 — Vesi (reper Strijin albomu)
  • 2009 — Arxangel (Vitkanın albomu)
  • 2009 — Ni o çyom (reper Ptaxanın albomu)
  • 2009 — Doma (Gufun albomu)
  • 2009 — Moy maqnitofon (КРП aka Kupe albomu)
  • 2010 — Moy ray (Maksimin albomu)
  • 2010 — Vıxod iz temnotı] (Smoki Monun albomu)
  • 2010 — Oskolki (Krec qrupunun albomu)
  • 2010 — Marşrutı (Dİ’ASPORA qrupunun albomu)
  • 2010 — İmena (RusKey albomu)
  • 2010 — Na şaq blije (Muzı Skata albomu)
  • 2010 — "MeqaPolice" ("АК-47" qrupunun albomu)
  • 2010 — X3 ("Kasta" qrupunun albomu)
  • 2010 — Zdes i seyças (Deçlin albomu)
  • 2011 — "proDUCKtion kasseta" (DJ Nik-One albomu)
  • 2011 — Koleso — oba zreniya ("Pesoçnie lyudi" qrupunun albomu)
  • 2011 — Svejee myaso ("kryostnaya semya" qrupunun ümumiləşdirməsi)
  • 2011 — T. Q. K.lipsis ("Triaqrutrika" qrupunun albomu)
  • 2011 — Meqa (Qiqi albomu)
  • 2011 — Povesti i rasskazi (Vasya Oblamovun albomu)
  • 2012 — katarsis (Kaje Oboymanın albomu)
  • 2012 — Mozaika (Slovetskiynin albomu)
  • 2012 — Ne poteryay sebya (The Best Of) (Strijin albomu)
  • 2012 — Jırnıy (Viti AK albomu)
  • 2012 — Sam i… (Gufun albomu)
  • 2012 — Luçşe, çem vçera (Lionun albomu)
  • 2013 — Posvyaşeniya Mixeyu (Mixeyin tribüt-albomu)
  • 2013 — Tejeloves (Camalın albomu)
  • 2013 — Mladşiy (Smoki Monun albomu)
  • 2013 — 25 (ST-nin ümumiləşdirməsi)
  • 2014 — Jara (Jarı qrupunun albomu)
  • 2014 — Tati (Tatinin albomu)
  • 2014 — XO (Nel'a-nın mini-albomu)

Konsert videoları

[redaktə | mənbəni redaktə et]
  • 2008 — "Bastanın birinci konserti"
  • 2008 — "Basta & Ко. VideoQaz"
  • 2013 — "Bastanın Crocus City Hallda böyük konserti"
İl Film
Rejissor Prodüser Ssenarist Bəstəkar Aktyor Rol
2007 Getto
✅Y
müxtəlif rollar (dublaj)
2008 Çay keflisi
✅Y
✅Y
✅Y
✅Y
Basta / Çin müdriki
2008 Xəndəklər
✅Y
✅Y
✅Y
Noqqano (ruhi xəstəxanada ifaçı)
2009 Pruxa
✅Y
✅Y
Kameo
2009 Rusiyada hip-hop: 1-ci simadan (seriya 49)
✅Y
Öz obrazını canlandırır
2009 13-cü rayon: Ultimatum
✅Y
Ancaq (dublaj)
2012 Əsl rep
✅Y
Öz obrazını canlandırır
2013 Vladimir Mayakovski. Üçüncü artıqdır
✅Y
Öz obrazını canlandırır
2013 Florensiyada yaz
✅Y
2013 Stil necə möhkəmləndi (10 seriya)
✅Y
İvan Li
2014 Qazqolder
✅Y
✅Y
✅Y
✅Y
✅Y
Kameo
İl Film Filmdə istifadə olunan mahnı Albom
2006 "İstilik" "V qorodskoy suete" Basta 1
2008 "Çay keflisi"
"Çaynıy pyanitsa"
"Raz i navseqda"
Basta 1
Basta 2
2008 "Xəndəklər" "Beybi-boy"
"Ptiçi"
"Bolezni"
"Kaliforniya"
Basta 2
Noqqano birinci
Noqqano ikinci: İsti
2008 GTA 4 (videooyun) "Mama" Basta 1
2009 "Yol" "Мama" Basta 1
2010 "Real olmayan kastinq" "Kastinq" Basta 3
2010 "Antikiller D. K." "Lyubov bez pamyati" basta 3
2010 "Pruxa" "Pod kupolom"
"Obernis" ft. Qorod 312
Баста 3
2011 "Vıkrutası" "Julbanı" ft. Kryostnaya semya
2011 Bablo "Giv mi mani" N1nt3nd0
2011 "Vısotskiy. Sağ ol ki, sağsan" "Rayskie yabloki" Basta 4
2014 "Yeni hörümçək-adam 2" "Supergeroy"

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
İl Nominasiya Mükafat Nəticə
2008 "Qorod doroq" (Centr qrupu ilə birlikdə) MTV Russia Music Awards — Ən yaxşı hip-hop ifaçı Qazandı
Noqqano — "… nasos" MTV Russia Music Awards — İnternetdə yayılmış ən yaxşı ifaçı Qazandı
2010 "Noqqano ikinci: İsti" Russian Street Awards — İlin albomu Qazandı
"Lyubov bez pamyati" Russian Street Awards — İlin film musiqisi Qazandı
"Obernis" ft. Qorod 312 MuzTv mükafatı — İlin mahnısı Qazandı
2012 Basta Russian Urban Music Awards — Mədəniyyətə töhfə Qazandı
Basta MuzTv mükafatı — Ən yaxşı hip-hop layihə Namizəd
N1nt3nd0 Jurnal CQ: İlin adamları — İlin musiqiçisi Namizəd
"Rayskie yabloki" RU. TV 2012 mükafatı — İlin hip-hop hiti Namizəd
2013 Basta MuzTv 2013 mükafatı — İlin hip-hop layihəsi Namizəd
Basta MTV Europe Music Awards — Ən yaxşı rusiyalı ifaçı Namizəd
  • Rasta aka BanKok — bek-vokalist, DJ
  • КРП aka Kupe aka  — bek-vokalist
  • DJ Beka — DJ
  • Yuri Volos aka Jora — prodüser
  • tati — vokal

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Bastanın hər iki çiynində yazılı tatuaj var: sağ tərəfdə Quien si no mi (isp. Mən yox bəs kim), sol tərəfdə (isp. Tanrıyla hərəkət et)[20] yazılıb. Ayağında insanların birliyi, bərabərliyi, azadlığı və qardaşlığını əks etdirən Kuba bayrağı, həmçinin doğulduğu ili və musiqiyə sevgisini simvolizə edən mikrofon tutmuş meymun təsviri var. Sol çiynində Noqqano layihəsini simvolizə edən, kəsişən Naqano sistemli iki revolver təsviri var.[21]
  • Liverpul Futbol Komandasının fanatıdır.[20]
  • 2013-cü ildən tarix fakültəsində təhsil alır.[20][22].
  1. "Вася стал папой во второй раз!". 2013-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
  2. Баста стал дважды отцом. ProRap.ru [ölü keçid]
  3. записал кавер-версию песни Михея "Мама" [ölü keçid]
  4. "Афиша. Концерты недели: «Ассаи», «10 лет памяти Михея» и др". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
  5. "Баста и Бледный снялись в ролике, призванном привлечь внимание к дискриминации людей с ВИЧ-инфекцией". 2012-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  6. "19 июля 120 лет со дня рождения Владимира Маяковского. 1tv.ru". 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  7. К юбилею Эрика Булатова. Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine Газгольдер. Новости.
  8. Баста. "Съемки клипа на трек с совместного альбома)". Instagram. 24 ноября 2013. 2016-03-15 tarixində arxivləşdirilib.
  9. 15 российских артистов года. Андрей Никитин. Arxivləşdirilib 2014-01-13 at the Wayback Machine TimeOut. Москва.
  10. "Баста 4" — в тройке лидеров российского iTunes 2013 Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine Rap.ru.
  11. "Взялся за альбом Ноггано". Arxivləşdirilib 2015-12-21 at the Wayback Machine Bastanın Tvitteri.
  12. noggano.open.ua/ Проект "Пати у НоГГано"
  13. Баста о Высоцком, гангста-рэпе и призвании. Arxivləşdirilib 2012-04-06 at the Wayback Machine // "Южноуральская панорама". Евгений Ткачев. — 22.12.2011
  14. "Может быть, в пределах Садового кольца что-то изменилось, а на территории всей нашей страны ничего не изменилось". Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine // Журнал "Афиша". Алексей Алеев. — 27.10.2011
  15. "Профиль N1NT3ND0 на сайте ThankYou.ru". 2014-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  16. Нинтендо — не для рэперов [ölü keçid]
  17. "Песни N1NT3NDO - эксклюзивно на сайте «ThankYou.ru»". 2014-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  18. Вышел альбом проекта Басты Bratia Stereo. Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine Rap.ru.
  19. ПРЕМЬЕРА: Bratia Stereo — Supa Life. Arxivləşdirilib 2014-08-23 at the Wayback Machine Газгольдер. Новости.
  20. 1 2 3 Баста в Донецке: жестокий, но не идиот, любит "Ливерпуль" и не поет на заказ. Arxivləşdirilib 2013-12-30 at the Wayback Machine Новостной портал Донецка — В городе.
  21. Баста и Guf. Ответы. Arxivləşdirilib 2013-10-17 at the Wayback Machine Rap.ru.
  22. Баста в эфире Русского Радио! Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine Газгольдер. Новости.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]