Sendford Fleminq
Sendford Fleminq | |
---|---|
ing. Sandford Fleming | |
Doğum tarixi | 7 yanvar 1827[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 iyul 1915 (88 yaşında) |
Dəfn yeri |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sendford Fleminq (ing. Sandford Fleming; 7 yanvar 1827[1][2], Kerkoldi[d], Fayf[d] – 22 iyul 1915) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sendford Fleminq 7 yanvar 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər.
Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur.
Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır.
Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir. Bu müddət ərzində o, aktiv şəkildə dəmir körpüləri təbliğ edirdi.
Sendford Fleminq 1863-cü ildən Yeni Şotlandiyanın baş topoqrafı kimi çalışmağa başlayır.
Nəhayət, 1862-ci ildə ona yeni transkontinental dəmir yolu qurmaq işi tapşırılır. Beləliklə, Fleminq adını tarixə dəmiryolu şəbəkəsinin qurucusu kimi də salır.
1876-cı ildə Fleminq İrlandiya vağzalında qatara gecikdiyinə görə Yer kürəsini saat qurşaqlarına bölmək ideyasını irəli sürüb. Məhz onun ideyası sayəsində saat qurşaqları meydana gəlib. Onun gecikməsinin səbəbi isə Fleminqin məsuliyyətsizliyi deyil, vağzalın özünə aid olan lokal vaxtla işləməsi olub.
XIX əsrin sonlarına kimi "ümumdünya vaxtı" anlayışı olmadığından bu kimi problemlərə tez-tez rast gəlinirdi. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması artıq zərurətə çevrilmişdi. Bu haqda təşəbbüsün ilk müəllifi Saratoqa məktəbinin direktoru Çarlz Daud olub, mühəndis Sendford isə böyük həvəslə onun bu ideyasına dəstək verib. Məhz həmin gecikmədən sonra o, bu ideya üzərində səylə çalışaraq daha ciddi təkliflər verməyə başlayıb. Onun bu fəaliyyəti sayəsində Yer kürəsi saat qurşaqlarına bölünüb.
Sendford Fleminq 22 iyul 1915-ci ildə vəfat edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 University of Toronto, Laval University SANDFORD FLEMING // Dictionary of Canadian Biography, Dictionnaire biographique du Canada (ing.). / G. Brown, D. Hayne, F. Halpenny, R. Cook, J. English, M. Trudel, A. Vachon, J. Hamelin UTP, Presses de l'Université Laval, 1959. ISSN 0420-0446; 0070-4717
- ↑ 1 2 Hill R. G. Sandford Arnot Fleming // Biographical Dictionary of Architects in Canada 1800-1950. 2009.
- ↑ 1 2 3 4 University of Toronto, Laval University Dictionary of Canadian Biography, Dictionnaire biographique du Canada (ing.). / G. Brown, D. Hayne, F. Halpenny, R. Cook, J. English, M. Trudel, A. Vachon, J. Hamelin UTP, Presses de l'Université Laval, 1959. ISSN 0420-0446; 0070-4717
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fleminq tərəfindən əsərlər Qutenberq layihəsində
- sandfordfleming.ca: Sources
- Heritage Minutes: Sir Sandford Fleming
- Ontario Historical Plaques
- Biography from Sir Sandford Fleming College website
- Reverend Shirra and Sir Sandford Fleming Plaque in Kirkcaldy
- Sir Sandford Fleming circa 1885
- Sir Sandford Fleming in 1903
- The Canadian Encyclopedia, Sir Sandford Fleming Arxivləşdirilib 2013-10-14 at the Wayback Machine