Con Lebbok
Con Lebbok | |
---|---|
ing. John | |
Doğum tarixi | 30 aprel 1834[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 1913[2][3][…] (79 yaşında) |
Elm sahələri | siyasət[1], Maliyyə[1], biologiya[1] |
İş yeri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Con Lebbok (ing. John Lubbock; 30 aprel 1834[2][3][…], London – 28 may 1913[2][3][…]) — İngilis etnoloqu və arxeoloqu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Arxeoloq və etnoloq Con Lebbok (1834-1913) 1865-ci ildə yazdığı "Tarixəqədərki dövr" və 1868-ci ildə yazdığı "Mədəniyyətin başlanğıcı" adlı əsərlərində öz təkamülçü fikirlərini ortaya qoymuşdur. O, bəşər tarixini yaratmaq üçün arxeologiya və etnoqrafiyanı əsas vasitə hesab edir, geoloji metodlardan faydalanmağı zəruri sayırdı. O, "Mədəniyyətin başlanğıcı" əsərində insan cəmiyyətinin və mədəniyyətin inkişafı məsələsinə xüsusi diqqət yetirirdi. Ailə və nikahın tarixi inkişaf məsələsi onu daha çox maraqlandırırdı. C.Lebbok nikahın ilkin formasının kommunal (icma) nikah olduğunu göstərərək yazırdı ki, hər bir icmanın qadınları və kişiləri bir-biri ilə ər-arvad münasibətlərində olurdular. Sonralar bu kommunal nikah qızların qaçırılması yolu ilə fərdi nikaha keçdi və bu yolla eqzoqamiya əmələ gəldi. Lebbok dinin inamların inkişafı məsələsinə də toxunur və bildirirdi ki, bir çox xalqların hələ də dini yoxdur, ateizm mərhələsində yaşayırlar, müəyyən mərhələlərdə isə bütpərəstlik, Totemizm, Şamanizm və antropomorfizm (yəni Allahı insan şəklində təsəvvür etmək) mövcud olmuşdur.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Lundy D. R. John Lubbock, 1st Baron Avebury // The Peerage (ing.).
- 30 apreldə doğulanlar
- 1834-cü ildə doğulanlar
- Londonda doğulanlar
- 28 mayda vəfat edənlər
- 1913-cü ildə vəfat edənlər
- 79 yaşında vəfat edənlər
- London Universitetinin müəllimləri
- İton Kollecinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Kral statistika cəmiyyətinin üzvləri
- İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri
- Əlifba sırasına görə alimlər
- Etnoloqlar
- Arxeoloqlar
- İngilislər