İşgəncə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İşgəncəcəza tədbiri; məhkuma fiziki əzab vermə.

Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var.[1] Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur.[2]

Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi.[3][4][5]

XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi.[6][7] XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi.[8][9]

Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir.[10] Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır.[11][12] Belə halda işgəncə polis bölməsində,[13] qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər.[14]

Qabağını alma

[redaktə | mənbəni redaktə et]

İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.[15][16] ABŞ-də qulların qaçmasının və üsyanlarının qarşısını almaq məqsədilə işlənilirdi.[17]

İşgəncə tarix boyu saxlanılanlardan etiraf əldə etmək üçün işlənilirdi. Və əsrlər boyu buna qarşı çıxanlar var idi. Məsələn, Aristotel,[18][19] Çeare Bekkarianın[20][21] işgəncənin etiraf almaq məqsədilə tədbiq olunmasına qarşı yazıları var.

Dinləndirmə zamanı məlumat əldə etmək üçün işgəncənin işlədilməsi nisbətən nadirdir.[22] Dinləndirmə işgəncəsi konvensional müharibələrdə də işlənilir, amma o daha çox assimetrik və vətəndaş müharibələrində işlənilir.[23]

Hazırda, beynəlxalq hüquqda işgəncənin qadağası imperativ norma (jus cogens) kimi qəbul olunub. Bu o deməkdir ki, o bütün dövlətlər üçün bütün şəraitlərdə qadağandır.[24][25]

Beynəlxalq humanitar hüququda müharibə zamanı işgəncə 1863-cü ilində Liber kodeksində qadağan olunmuşdur.[26] 1984-cü ildə İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya qəbul edilmiş.

  1. Meyer, Christian; Lohr, Christian; Gronenborn, Detlef; Alt, Kurt W. "The massacre mass grave of Schöneck-Kilianstädten reveals new insights into collective violence in Early Neolithic Central Europe". Proceedings of the National Academy of Sciences. 112 (36). 2015: 11217–11222. Bibcode:2015PNAS..11211217M. doi:10.1073/pnas.1504365112. PMC 4568710. PMID 26283359.
  2. Jacobs, Bruno. "Torture in the Achaemenid Period". Encyclopedia Iranica. 16 March 2017. 30 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2022.
  3. Beam, 2020. səh. 392
  4. Einolf, 2007. səh. 107–108
  5. Hajjar, 2013. səh. 16
  6. Einolf, 2007. səh. 109
  7. Beam, 2020. səh. 400
  8. Einolf, 2007. səh. 104, 109
  9. Beam, 2020. səh. 404
  10. Hajjar, 2013. səh. 14
  11. Oette, 2021. səh. 331
  12. Kelly et al., 2020. səh. 73
  13. Celermajer, 2018. səh. 167–168
  14. Jensena et al., 2017. səh. 404, 408
  15. Hajjar, 2013. səh. 23
  16. Pérez-Sales, 2016. səh. 270
  17. Young, Kearns, 2020. səh. 7
  18. Wisnewski, 2010. səh. 26–27
  19. Barnes, 2017. səh. 40
  20. Evans, 2020, History of Torture
  21. Wisnewski, 2010. səh. 26
  22. Rejali, 2020. səh. 92
  23. Hajjar, 2013. səh. 22
  24. Evans, 2020, Introduction
  25. Saul, Flanagan, 2020. səh. 356
  26. Nowak, 2014. səh. 387, 401

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]