Yusif Tlusten
Yusif Tlusten | |
---|---|
adıq Лъэустэн Юсыф | |
Doğum tarixi | 25 aprel 1913 |
Doğum yeri |
|
Vəfat tarixi | 1998 |
Fəaliyyəti | yazıçı, nasir |
Janrlar | roman, povest[d], oçerk |
Üzvlüyü | |
Mükafatları |
|
Yusif İbrahimoviç Tlusten[1] (rus. Юсуф Ибрагимович Тлюстен; 25 aprel 1913, Kuban vilayəti[d] – 1998) — adıge yazıçı. O, Rusiyanın Əməkdar Mədəniyyət Xadimi və Adıgey Xalq Yazıçısı adlarına layiq görülmüşdür.
Həyatı
Yusif İbrahimoviç Tlusten 25 aprel 1913-cü ildə Şahançerixabl (indiki Adıgeya) kəndində anadan olmuşdur. O, Moskva Poliqrafiya İnstitutunda təhsil almış, məzun olduqdan sonra, 1935–1938-ci illərdə "Sosialistiçeske Adıgey" qəzetində çalışmışdır. Bunun ardınca Tlusten Adıgey Elmi-Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunda işləmişdir. O, 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. Tlusten 1941-ci ildə İkinci Dünya müharibəsində iştirak etmiş, fəal ordu sıralarında döyüşmüş, mühəndis-tikinti batalyonunun komissarı, sonra "Stalinin zərbəsi" qəzetinin müxbiri olmuşdur. O, mətbuatda əsgər və zabitlərin hərbi şücaətlərindən bəhs edən oçerkləri, məqalələri, hekayələri ilə çıxış etmişdir. 1946-cı ildə kapitan rütbəsində Adıgeyə qayıdan Tlusten burada müxtəlif qurumlarda çalışmışdır. O, Adıgey Elmi Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunun ədəbiyyat və folklor sektorunun müdiri olmuş, on ildən çox Adıgey Yazıçılar Təşkilatının məsul katibi kimi xidmət etmişdir. Tlusten ömrünün son illərində Adıge Respublikasının Prezidenti yanında Ağsaqqallar Şurasının sədri olmuşdur.
İstinadlar
- ↑ Адыҝе Мухтар Вилајәти. Мәдәнијјәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 121–122.
Xarici keçidlər
- 25 apreldə doğulanlar
- 1913-cü ildə doğulanlar
- Kuban vilayətində doğulanlar
- 1998-ci ildə vəfat edənlər
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- SSRİ yazıçıları
- XX əsr yazıçıları