Oolitlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Oolitlər — mərkəzi nüvənin ətrafında konsentrik-təbəqəli, bəzən radial-şüalı quruluşlu kürəvi və ya ellipsodial kalsium karbonat, Fe və Mn oksidləri, leptoxlorid əmələgəlmələri. Nüvə qum hissəcikləri, molluska qabıqlarının qırıntılarından ibarət ola bilər. Oolitlər çöküntüəmələgəlmə prosesində (suda asılı halda), diagenezdə, habelə çöküntülərin dəyişilmə prosesinin digər mərhələlərində də əmələ gəlirlər.

Oolit quruluşu oolit və sementləyici maddədən ibarət olan süxur quruluşu. Karbonat (dolomitəhəngdaşı) süxurlarda geniş yayılmışdır, bəzən silisiumlu süxurlarda, bəzi çökmə filizlərdə (dəmirboksit) müşahidə olunur. Silisiumlu süxularda olan oolitlər gizli kristallik və ya aydın kristallik xalsedonla sementləşir.

İstinadlar

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər