GünAz TV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
GünAz TV
Loqonun şəkli
Ölkə ABŞ ABŞ
Yayım ərazisi Yer bayrağı (müxtəlif bölgələrdə)
Dil Azərbaycan dili
Fars dili
Baş qərargah Çikaqo, ABŞ
Yaranma tarixi 4 oktyabr 2004 (şirkət olaraq)
28 may 2005 (ilk yayım)
Sahibi Əhməd Obalı
Rəhbərlik Əhməd Obalı
Sayt gunaz.tv

Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır.[1]

Haqqında

Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir:[2]

" Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. "

GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür.[1]

Prinsipləri

  • İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək;
  • Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq;
  • Fikir ayrılığına önəm vermək;
  • İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi;
  • İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə;
  • Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək;
  • Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq.[1]

Hədəfləri

  • İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət;
  • Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq;
  • İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədilə ədalətli informasiya yaymaq;
  • Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədilə prosesi təhlil etmək və informasiya çatdırmaq.[1]

İstinadlar

  1. 1 2 3 4 "GünAz TV haqqında". gunaz.tv. 24 aprel 2019 tarixində arxivləşdirilib.
  2. "Universal Declaration of Human Rights - Azerbaijani, North (Latin)". unicode.org. 24 aprel 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər