Ferrari TR

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
1958-ci il istehsalı olan Ferrari 250 Testa Rossa modeli

Ferrari TR, digər adı 250 Testa Rossa (it. qırmızı baş), — Ferrari şirkətinin istehsalı olan idman avtomobili, 1956-1961-ci illər arasında buraxılıb. Bu modeldən cəmi 40 ədəd istehsal edilib.

Ferrari markasının ən uğurlu modellərindən loaraq öz dövründə avtomobil yarışlarında qələbə qazanıb. Le-Man 24 saat yarışlarında (1958, 1960, 1961), dörd dəfə 12 saat Sebrinq yarışlarında və üç dəfə Buenos-Ayres (yol) yarışlarında.

20 avqust 2011 -ci ildə Goodings & Company auksionunda 1958-ci il buraxılışı olan avtomobilза 16,4 milyon ABŞ dollarına satılır və auksionda satılan ən baha maşın kimi rekorda imza atır.[1]

İstinadlar

  1. Грег Уилсон. "Ferrari Auctioned for Record $16.4 Million". nbcbayarea. 2012-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.09.2011. (#apostrophe_markup)