Eduard Kokoytı
Eduard Kokoytı | |
---|---|
oset. Кокойты Джабейы фырт Эдуард | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 oktyabr 1964 (60 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, güləşçi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Eduard Kokoytı, Kokoyev[1] (oset. Кокойты Джабейы фырт Эдуард; 31 oktyabr 1964, Sxinval) — Cənubi Osetiya Respublikasının ikinci prezidenti. 2001-ci ildə keçirilən prezident seçkilərində birbaşa müxalifət namizədi olaraq prezident seçilir. 2006-cı ildə keçirilən prezident seçkiləri nəticəsində yenidən Cənubi Osetiya Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir. 9 dekabr 2011-ci ildə Alla Cioyevanın tərəfdarlarının mitinqlərindən sonra prezidentlikdən vaxtından əvvəl istefa vermək məcburiyyətində qalır. Eduard Kokoytı Cənubi Osetiya Respublikasının mövcud qanunvericiliyinə görə, növbəti prezidentin andiçmə mərasiminə qədər prezident vəzifəsini icra etməsi lazım olduğuna baxmayaraq, istefa verməyə razılıq verir[2].
Bioqrafiyası
31 oktyabr 1964-cü ildə Tsxinvalidə anadan olmuşdur. Həmin şəhərin 5 nömrəli orta məktəbini bitirir. Poçt şöbəsində elektrikçi işləyir. 1980-ci ildə sərbəst güləş üzrə Gürcüstan SSR çempionu olur və idman ustası adına layiq göürülür. 1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutuna daxil olur və 1988-ci ildə bədən tərbiyəsi müəllimi ixtisasını bitirir. İnstitutda komsomol komitəsinin katibi seçilir, sonra Cənubi Osetiya komsomol komitəsində çalışır.
Gürcüstan-Osetiya qarşıdurması hadisələri zamanı (1990–1991) Qri Koçiyevin döyüş qrupuna daxil olan Osetiya müdafiəçilərinin döyüş dəstəsini qurur və ona rəhbərlik edir.
1990–1993-cü illərdə birinci çağırış Cənubi Osetiya Respublikasının Ali Sovetinin deputatı olur.
1993–1997-ci illərdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Anatoli Çexoyevin köməkçisi vəzifəsində çalışmışdır.
1997-ci ilin fevral ayında Cənubi Osetiya Respublikasının ilk prezidenti Ludviq Çibirovun fərmanı ilə COR-nun Rusiya Federasiyasındakı ticarət nümayəndəsi olaraq Cənubi Osetiya Respublikasının naziri vəzifəsinə təyin edilir.
2001-ci ilin noyabr-dekabr aylarında keçirilən prezident seçkiləri nəticəsində, ikinci turda (səslərin 53%-i) Parlamentin sədri, Cənubi Osetiya Kommunist Partiyasının sədri Stanislav Koçiyevə (hazırkı prezident) qalib gələrək Cənubi Osetiya prezidenti olur. 2006-cı il seçkilərində ikinci dəfə prezident seçilir. 8 avqust 2008-ci ildə Kokoytı Tsxinvalidan Cavaya yola düşür. 9 avqustda general A. Xrulyovın komandanlığı altında olan rus ordusunun qabaqcıl birlikləri ilə birlikdə Tsxinvaliyə əks hücuma rəhbərlik edən aparıcı Osetiya dəstələrindən birinə başçılıq edir. Nəhayət Tsxinvaliyə yalnız avqustun 11-də qayıdır. Anatoli Barankeviç iddia edir ki, Yavada Kokoytı onun yanında gürcü hərbi əsirini təpikləyir[3].
Cənubi Osetiya Prezidenti olaraq 14 avqust 2008-ci ildə (Cənubi Osetiyada müharibə bitdikdən sonra) Kremldə Rusiya Prezidenti Dmitri Medvedevlə rəsmi olaraq görüş keçirir. Bu görüş zamanı Abxaziya Respublikasının Prezidenti Sergey Baqapşla birlikdə (Cənubi Osetiya üçün) əvvəllər Medvedev və Sarkozi tərəfindən hazırlanan Gürcüstan-Cənubi Osetiya və Gürcüstan-Abxaziya münaqişələrinin həlli üçün altı prinsipi imzalayır.
18 avqust 2008-ci ildə Yuri Morozovun başçılıq etdiyi respublika hökumətini istefa edir və müvəqqəti baş nazir Boris Çoçev təyin edilir. Elə həmin gün Kokoytı respublika ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayır. Qaydalar bir ay ərzində, 17 avqust 2008-ci il saat 21:00 -dan 17 sentyabr 2008-ci il tarixində saat 21:00 -dək tətbiq edilmişdir. Fərmana əsasən bütün müddət ərzində respublikanın bütün icra hakimiyyəti orqanları Znaur Qassiyevin rəhbərlik etdiyi Gürcüstan təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə yaradılmış Fövqəladə Komissiyaya tabe olmalıdır[4].
18 avqust 2008-ci ildə o, respublika rəhbərliyinin "daimi olaraq Cənubi Osetiya ərazisində Rusiya Federasiyasının hərbi bazası yaratmaq təklifi ilə" Rusiyaya üz tutmağa hazırlaşdığını açıqlayır[5].
Eduard Kokoytı dövründə Cənubi Osetiya Respublikası Rusiya tərəfindən suveren və müstəqil bir dövlət olaraq rəsmən tanınır. Avqustun 22-də Cənubi Osetiya Parlamenti yekdilliklə müstəqilliyin tanınması tələbi ilə Rusiya Federasiyası Prezidentinə, Federasiya Şurasına və Dövlət Dumasına müraciət qəbul edir. 25 avqustda Federasiya Şurası və Dövlət Duması yekdilliklə Cənubi Osetiyanın müstəqilliyinin tanınması tələbi ilə Rusiya Federasiyası Prezidentinə müraciətləri qəbul edir. 26 avqust 2008-ci ildə Rusiya Prezidenti Dmitri Medvedev "Cənubi Osetiya Respublikasının tanınması haqqında" fərman imzalayır, ona əsasən Rusiya Federasiyası bu respublikanı "suveren və müstəqil bir dövlət olaraq tanıyır", diplomatik əlaqələr quracağına söz verir. Üstəlik iki ölkə arasında dostluq və əməkdaşlıq, qarşılıqlı yardım haqqında müqavilə imzalanır[6].
2011-ci ildə keçirilən prezident seçkiləri nəticəsində Kokoytı ilə müxalifətin namizədi Alla Cioyeva arasında müqavilə imzalanmış və buna əsasən Kokoytı 10 dekabr 2011-ci ildə istefa vermişdir[7]. 25 mart 2012-ci ildə təkrar seçkilərdən əvvəl Baş nazir Vadim Brovtsev prezident vəzifəsini icra edir[8]. Eyni zamanda, qanuna görə səlahiyyətləri 2011-ci ilin yayında başa çatan MSK, yeni prezident seçilənə qədər işini davam etdirir.
2017-ci ilin mart ayında Cənubi Osetiya Mərkəzi Seçki Komissiyası 10 il müddətində Cənubi Osetiyada daimi yaşadığını təsdiq edə bilmədiyi üçün respublikanın keçmiş rəhbəri Eduard Kokoytını prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edir[9].
Şəxsi həyatı
İkinci dəfə evli olmuş və bu evliliklərdən üç oğlu olmuşdur.
Mükafatları
"Uatsamonqa" ordeni Cənubi Osetiya Respublikasının ən yüksək mükafatıdır[10].
I dərəcəli "Şərəf və Şöhrət" ordeni (Abxaziya, 2006)[11].
Respublika ordeni (DMR, 2006)[12][13][14].
II dərəcəli Suvorov ordeni (Dnestryanı Moldova Respublikası).
Cəngavər şərəfi qızıl ordeni (2011)[15].
"İctimai tanınma" fəxri brilyant ordeni (2009).
Mənbə
- Официальный сайт президента Республики Южная Осетия — Кокойты, Эдуарда Джабеевича.
- Кокойты отверг предложение Саакашвили об автономии Interfax, январь 2005
- Müsahibələri
- Интервью сайту "Кавказский Узел" о восстановлении Южной Осетии (29 мая 2009 г.)
- Интервью сайту Strana.ru (август 2004 г.)
- Интервью президента Южной Осетии Эдуарда Кокойты (17.09.2004 г.)
- Стенограмма разговора Эдуарда Кокойты на радиостанции "Эхо Москвы" (январь 2005 г.)
İstinadlar
- ↑ Iratta.com Словарь осетинских фамилий Arxivləşdirilib 2010-03-08 at the Wayback Machine (приведены осетинские фамилии и соответствующие им русские записи в документах)
- ↑ "Lenta.ru". 2012-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ ""Не место этому президенту в Южной Осетии"". 2012-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "Глава Южной Осетии уволил правительство". 2008-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "Президент Южной Осетии добивается капитуляции министров". 2008-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "Указ "О признании Республики Южная Осетия"". 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "Кокойты покинул пост президента Южной Осетии". Интерфакс. 10.12.2011. 2011-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-10.
- ↑ "Кокойты уходит, Джиоева идёт на выборы, во главе Южной Осетии — Бровцев". 2014-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ Кокойты не зарегистрировали кандидатом на пост президента Южной Осетии Arxivləşdirilib 2017-03-05 at the Wayback Machine, 04.03.2017
- ↑ "Багапш наградил глав Южной Осетии и Приднестровья орденами "Честь и Слава"". 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "Президент Южной Осетии награждён высшей наградой Приднестровья". 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ Игорь Смирнов наградил Эдуарда Кокойты Орденом Суворова Arxivləşdirilib 2011-05-18 at the Wayback Machine Осинформ
- ↑ Президента Приднестровья наградили Орденом Суворова Arxivləşdirilib 2012-09-13 at Archive.today Лента ПМР
- ↑ Президента Приднестровья наградили Орденом Суворова Arxivləşdirilib 2012-08-05 at Archive.today Lenta.ru
- ↑ "Почетным званием "Рыцарь Чести" награждён президент Южной Осетии Эдуард Кокойты". 2011-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.