Con Miln

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Con Miln
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Nefrit (xəstəlik)
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları 3-cü dərəcəli "Doğan günəş" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Miln (ing. John Milne; 30 dekabr 1850, Liverpul31 iyul 1913, Şide[d], Cənub-Şərqi İngiltərə[d]) – Britaniya seysmoloqu. "Yaponiya seysmologiyasının atası" hesab olunur.[1] O, müasir seysmoqrafı inkişaf etdirmiş və seysmoloji stansiyaların yaradılmasını təbliğ etmişdir.[2]

Həyatı

İlk illəri

Con Miln 1850-ci ildə Liverpul şəhərində doğulmuşdur.[1] Con Miln və Emma Tvikross cütlüyünün oğlu idi.[3] London Universitetinin Kinqs Kollecindən məzun olmuş, Kral Mədən Məktəbində geologiya və mineralogiya təhsili almışdır.[1] O, gənc yaşlarından etibarən səyahətə maraq göstərmiş, İslandiyada yerləşən Vatnayyokyudl buz təbəqəsinə təhlükəli səyahət etmişdir.[3]

Miln Almaniya və Böyük Britaniyada mədən mühəndisi işlədikdən sonra Kanadaya köçərək iki il boyunca Nyufaundlend və Labradorun təbii ehtiyatlarını araşdırmışdır.[3] Funk adasını ziyarət edərək Pinguinus impennis növündən olan pinqvinlərə aid böyük skelet kolleksiyası toplamışdır.[3] 1874-cü ildə Çarlz Tilston Bekenin başçılıq etdiyi Misir və şimal-qərbi Ərəbistan ekspedisiyasının geoloqu olmuşdur.[2]

Yaponiya

Miln Yaponiya hökumətinin dəvəti ilə 1876-cı ildə Tokioya gəlmişdir.[3] Yaponiyaya səyahəti 11 ay davam etmiş, bütün Monqolustanı dəvə belində keçmişdir.[3] Tokio Universitetinin tərkibində geologiya, eləcə də, mədənçilik dərsləri deməyə başlamışdır.[1]

22 fevral 1880-ci ildə Yokohamada baş verən zəlzələdən sonra Yaponiya Seysmologiya Cəmiyyətini və onun "Transactions of the Seismological Society of Japan" jurnalını yaratmışdır.[1] Onun hazırladığı seysmoqraf Yaponiyadakı müşahidə postlarında istifadə olunmuşdur.[1] O, Yaponiya boyunca səyahət edərək 968 seysmoloji stansiyanın əsasını qoymuş və Yaponiyada baş verən zəlzələləri tədqiq etmişdir.[2] Yaponiyada e.ə. 265-ci ildən etibarən baş vermiş bütün zəlzələlərin kataloqunu tərtib etmişdir.[4] Yaponiyada Hakodate keşişi olan Horikava Noritsunenin qızı olan Tone Noritsune ilə evlənmişdir.[3]

Qayıdışı

Miln 1894-cü ildə həyat yoldaşı ilə birlikdə İngiltərəyə qayıtmış və Vayt adasının Nyuport şəhəri yaxınlığında özəl seysmoloji stansiya yaratmışdır.[2] Burada yapon köməkçisi Şinobu Hirota ilə fəaliyyət göstərmişdir.[3] 1906-cı ildə seysmik dalğaların Yer kürəsi boyunca sürətini ölçmək istəsə də, uğursuz olmuşdur.[2] Britaniya Assosiasiyasının Seysmologiya Komitəsinin katibi olmuş, müşahidə stansiyaları şəbəkəsi qurmuşdur.[2] "Zəlzələlər" (1883) və "Seysmologiya" (1898) başlıca əsərləridir.[2]

Təltifləri

Miln 1895-ci ildə Yaponiya hökuməti tərəfindən "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.[1] 1887-ci ildə London Kral Cəmiyyətinə qəbul edilmişdir.[3] 1894-cü ildə London Geologiya Cəmiyyətinin Layel medalını, 1908-ci ildə isə Kral medalını qazanmışdır.[3]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 175. ISBN 0-87011-625-8. İstifadə tarixi: 17 noyabr 2022.
  • Gillispie, Charles Coulston. Dictionary of Scientific Biography (ingiliscə). IX. Charles Scribner's Sons. 1981. səh. 406-407. ISBN 0-684-16967-3. İstifadə tarixi: 31 yanvar 2023.