Allart van Everdinqen
Allart van Everdinqen | |
---|---|
nid. Allart van Everdingen | |
| |
Doğum adı | Allart van Everdingen |
Doğum tarixi | 1621[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1675[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qravüraçı, ofort ustası |
Janr | marina |
Stil | klassizm |
Vikianbarda əlaqəli mediafayllar |
Allart van Everdinqen (nid. Allart van Everdingen; 1621[1][2][…], Alkmar, Şimali Hollandiya[3] – 1675[1][2][…], Amsterdam, Hollandiya qraflığı[3]) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Skandinaviya mənzərələri ilə məşhur olan Holland qızıl dövrünün hollandiyalı mənzərə rəssamı, qravüraçı və ofort ustası. Mənzərə rəssamları Sezar van Everdinqen (1616-1678) və Yan van Everdinqenin (1600-1656) kiçik qardaşı. Utrextdə Rolant Saverey və Haarlemdə isə Piter de Molinanın (Tempesta) şagirdi olub.
Həyatı
Allart Alkmaarda notarius Peter van Everdinqen və Elizabet Laurensdr van Hoçstratenin ailəsində anadan olub.[4] Məşhur holland tarixşünası Arnold Hubrakenin yazdığına görə, "Hollandiyalı Rəssamların və Rəssamların Böyük Teatrı"nın (De Groote Schouburgh der Nederlantsche Konstschilders en Schilderessen, 1718) tərcümeyi-hallarında təsvir olunan 1630-cu illərin sonu və 1640-cı illərin əvvəllərində o, Utrextdə Rolant Savereydən və Haarlemdə Piter de Molinadan (Tempest) dərs almışdır. 1639-cu ilin avqustundan 1642-ci ilə qədəronun adı Alkmaar şəhər xronikasında çəkilir.[5]
Yaradıcılığı
Allart van Everdinqen qayalar, nəhəng daşlar, tutqun şam ağacları, səs-küylü şəlalələr və buludlu səma ilə dağlıq ərazilərin mənzərələrini təsvir etmişdir. Belə təsvirlər üçün material onun 1644-cü ildə Norveçə səfəri zamanı hazırladığı həyatdan eskizlər idi. Hərdən o, bu səfərlər zamanı qarşılaşdığı fırtınalı dənizi də çəkməli olurdu.
1645-ci ildə vətənə qayıdaraq, o, Müqəddəs Lukanın Haarlem Gildiyasına usta kimi qəbul edilir və sonra Alkmaarda, Haarlemdə və 1652-ci ildən vəfatına qədər Amsterdamda işləyir. Everdinqenin vəhşi təbiətin sədaqətli təsviri ilə diqqət çəkən, çox vaxt möhtəşəm mənzərəli və demək olar ki, həmişə həzin əhval-ruhiyyə ilə dolu olan rəsmləri bir çox muzeylərdə və şəxsi kolleksiyaları bəzəyir. Ustadın sevimli mövzusu yarğandakı şəlalədir, ağcaqayınlarla kəsişmiş şam ağaclarının hüznlü haşiyələri, qayaların ətəyindəki taxta evlər və qayalı yamaclardır. Ön planda olan şəlalələr rəssamı “kaskadların ixtiraçısı” adlandırmağa əsas verir. Everdinqenin bu əsərləri Yakob van Röysdalın romantik mənzərələrinin xəbərçisi kimi qəbul edilir.[6]
Sankt-Peterburq Ermitajında altı, Kopenhagen muzeyində beş, Berlin İncəsənət Qalereyasında üç, Drezdendəki Köhnə Ustalar Qalereyasında iki (“Dağ gölünün kənarında alçaq maral ovlamaq” və “Böyük şəlalə”), Parisdəki Luvrda bir, Münhen Köhnə Pinakotekdə üç, Amsterdam da Reyksmüzyemdə onun beş əsəri sərgilənir.
Everdinqenin ofortları öz ifadəliliyi və ştrixlərinin ifadəliliyi ilə seçilir. Bu qravüralardan 106-sı mənzərə və dəniz mənzərələrini təsvir edir, digərləri “Roma və Tülkü” (Tülkü Rainike) üçün illüstrasiyalardır. Ofortların çəkildiyi orijinal rəsmlər Londondakı Britaniya muzeyində saxlanılır.
Qalereya
-
“Tülkü haqqında roman” üçün illüstrasiya. Ofort
-
Şimal mənzərəsi. 1650-ci il. Kətan üzərində yağlı boya. İncəsənət Muzeyi, Strasburq
-
Su dəyirmanı olan meşə mənzərəsi. 1650-ci il. Kətan üzərində yağlı boya. Vallraf-Riçart Muzeyi, Köln
-
Trip ailəsinin silah zavodu. Ylitabruck, Södermanland. İsveç. 1650-1675-ci illər. Kətan üzərində yağlı boya. Reyksmüzyem, Amsterdam.
-
Şəlalə ilə mənzərə. 1671-1675-ci illər arasında. Kətan üzərində yağlı boya. Milli Muzey, Varşava
-
İsveç mənzərəsi. 1636 və 1675-ci illər arasında. Boijmans van Beuningen Muzeyi, Rotterdam
-
Qarlı havada fırtına. 1650-ci il. Kətan üzərində yağlı boya. Konde Muzeyi, Şanti
İstinadlar
- ↑ 1 2 3 4 Allart van Everdingen (ing.).
- ↑ 1 2 3 4 Allart van Everdingen (nid.). 1999.
- ↑ 1 2 3 4 ECARTICO (ing.).
- ↑ Bruinvis C. W. De Van Everdingens, Oud-Holland, 1899. jrg. 17. — Р. 217. — Zie archive.org. [1]
- ↑ Biografische gegevens bij het RKD-Nederlands Instituut voor Kunstgeschiedenis [2] Arxivləşdirilib 2024-01-18 at the Wayback Machine
- ↑ Everdingen, Allart van // Encyclopædia Britannica. — Vol. 10 (11th ed.). Cambridge University Press. — P. 7 [3] Arxivləşdirilib 2024-01-25 at the Wayback Machine
Xarici keçidlər
- RKDartists&, Record 26851 (Netherlands Institute for Art History).
- Cesar, Jan, and Aldert biographies in Houbraken