Şəhriyar Cəfərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şəhriyar Cəfərov
Şəhriyar Aydın oğlu Cəfərov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Fəaliyyəti baletmeyster
Fəaliyyət illəri 1993-cü ildən bu günə kimi
Təhsili
Teatr

Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster-xoreoqraf, balet artisti, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri.

Həyatı

Şəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub.

1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. Daha sonra 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. İstanbuldan qayıtdıqdan sonra 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə dərs deyib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimi Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır və Memar Sinan İncəsənət Universitetində müəllim vəzifəsində çalışır.

1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağdakı balet və opera tamaşalarında ifa etmişdir.

  • .Pero və Çin kuklası-P.Çaykovski ("Şelkunçik" balet)
  • .Təlxək-P.Çaykovski("Qu gölü" baleti.)
  • . Mənfi qüvvəli təlxək- Çaykovski ("Romeo və Cülyetta" baleti)
  • Sehirbaz Droselmeyr- P. Çaykovski ("Şelkuncik" baleti.)
  • Baş quldur-F.Əmirov ("Min bir gecə" baleti
  • Qaraçı rəqsi solo-L.Minkus ("Don kixot" baleti)
  • Özbək rəqsi solo,şələqov rəqsi solo-Ə.Bədəlbəyli ("Qız qalası" baleti)
  • Varlı Leonardo-R.Driqo ("Arlekinado" baleti)
  • Solo balero-J.Bize,R.Şidren ("Karmen suita" baleti)
  • Solo balero-(J.Bize "Karmen" opera)
  • Toy rəqs solo-M.Maqomayev ("Şah İsmayıl" opera)

Bir müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet məşqçi-pedaqoq vəzifəsində çalışıb.Çalışdığı illərdə F.Liqar "Şən dul qadın"(1999), M.Fətəli Axundzadənin "Kimyagər"(2012) musiqili komediyalarında xoreoqraf-baletmeyster kimi çalışmışdır.

2000-2003-cü illərdinə Türkiyə Cumhuriyyəti İstanbul Dövlət Opera və Balet Teatrında balet solisti çalışmışdır.

  • Baş zabit-( "Çanaqqala" baleti)
  • Təlxək--(A.Məlikov "Məhəbbət əfsanəsi" baleti)
  • Pa-de-trua-( P.Çaykovski "Fındıqqıran")
  • Sarayın baş rəqqası-( "Hürrəm sultan" baleti)
  • Qartal-("Salome" baleti)


Şəhriyar Cəfərov 2001-ci ildə Azərbaycanda ilk dəfə "Uzundərə " xalq rəqsinə duet rəqsi olaraq quruluş vermiş və İstanbulda Show tv-də yayımlanan "Hülya show" proqramında Ebru Önal ilə birlikdə ifa etmişdir. 2003-cü ildə Qırğızıstanda keçirilən – ''Issık göl-2003'' beynəlxalq müsabiqəsində birincilik qazanmışdır. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən 2-ci beynəlxalq Antalya rəqs müsabiqəsində "müasir rəqs" kateqoriyası üzrə qalib adını qazanmışdır.

Quruluş verdiyi xoreoqrafik kompozisiyalar və rəqslər

    • "İspan" rəqsi (1998)
    • "Rubikon - F.Sinatra mahnısına (1998)
    • "Uzundərə" – xalq rəqsi (2001)
    • "İlan" rəqsi (solo) (2001)
    • "Arşın mal alan" - Ü.Hacıbəyli (2004)
    • "Sertaki" yunan rəqsi (2005)
    • "İki qərənfil" (bir pərdəli balet tamaşası) - 20 yanvar şəhidləri İlham və Fərizəyə ithaf (2006)
    • "Min bir gecə" - xoreoqrafik kompozisiya (Fikrət Əmirov) (2006)
    • "Şərq aləmi" - xoreoqrafik kompozisiya (2008)
    • Libertanqo (2009)
    • "Şələ qoy" solo rəqsi (2009)
    • "Kütləvi" vals və "Duet fransız vals” (2009)
    • "Gedirsən get "- Ələkbər Tağıyevin musiqi əsasında (2010)
    • "Şələ qoy" kütləvi rəqsi (2012)
    • Sarı Gəlin (xalq mahnısı) solo rəqsi (2012)
    • "Görüş" duet rəqsi (2012)
    • "Mirzəyi-Vağzalı" xalq rəqsi (2013)
    • 20 yanvar şəhidlər xoreoqrafik kompozisiya (2015)
    • "Qazağı" kütləvi rəqsi (2015)
    • "Odlar yurdu" – (Elşad ritm qrupu) (2015)
    • "Türk" rəqsi (2015)
    • "Şən rəqs" – Vasif Adıgözəlovun musiqisi əsasında (2016)
    • "İnnabı" – xalq rəqsi (2016)
    • Xocalı - xoreoqrafik kompozisiya (2016)
    • "Külək "- Ələkbər Tağıyevin musiqi əsasında (2016)
    • "Kalinka" rus rəqsi (2016)
    • "Yeni Bakı" - xoreoqrafik kompozisiya (Rövşən ritm qrupu) (2017)
    • "Odlar Yurdu" - Eldar Mansurovun musiqi əsasında (2017)
    • "Azərbaycan qızıyam "- Ələkbər Tağıyevin musiqi əsasında (2020)
    • "Küçələrə su səpmişəm" qızlar rəqsi (2021)
    • "Sarı Gəlin" qızlar rəqsi (2021)
    • "Novruz" rəqsi (musiqi Məmmədbağır Bağırzadə) (2021)
    • "Ayrılıq" (musiqi Əli Səlimi) (2021)
    • "Çırpınırdı Qara Dəniz" (Ü.Hacıbəyli) (2021)
    • "Leyli və Məcnun duet rəqsi (musiqi Taner Demiralp) (2021)
    • "Xarıbülbül" rəqsi (2021)
    • "Xarıbülbül" suitası (musiqi Emin Sabitoğlu) (2021)
    • Tarantella qızlar rəqsi (2022)
    • Karmen qızlar rəqsi (2023)

Mənbə

Video