İvan Buş
İvan Buş | |
---|---|
alm. Johann-Peter Friedrich Busch | |
Doğum tarixi | 20 fevral (3 mart) 1771[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 oktyabr (5 noyabr) 1843[2] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | cərrahiyyə[1], tibb[1] |
Elmi dərəcələri |
|
İş yeri | |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Buş Fyodoroviç (3.3.1771, Narva-5.11.1843, Sankt-Peterburq)— cərrah, Rusiyada ilk elmi cərrahlıq məktəbinin banisi. Mənşəcə almandır. Sankt-Peterburq (Kallina) Tibbi-Cərrahlıq Məktəbini bitirmədən 1788 ildə donanmaya səfərbər edilmişdir; 1788–1790 illərdə Rusiya-İsveç müharibəsində gəmi həkimi kimi iştirak etmiş, Stokholmda əsirlikdə olmuşdur. Rusiyaya qayıtdıqdan sonra Admirallıq hospitalında prozektor, Kronştadtda Tibbi-Cərrahlıq Məktəbində anatomiya, fiziologiya və cərrahlıq kafedrasının müdiri işləmişdi. 1797-ci ildən Kallina Tibbi-Cərrahlıq Məktəbində cərrahlıqdan dərs demişdir; 1800–1833-cü illərdə Sankt-Peterburq Tibbi-Cərrahlıq Akademiyasında cərrahlıq kafedrasının müdiri (1809 ildən akad.) olmuşdur. Buşun əsas əsəri cərrahlığı ən yeni nailiyyətlərini və özünün elmi-klinik tərcrübəsini ümumiləşdirdiyi cərrahlıq üzrə fundamental dərslikdir (1807–1808). Travmatologiyanın inkişafında xidmətləri böyükdür (məs., sınıqların dərhal yerinə salınmasını ilk təklif edənlərdən biridir). Rusiyada ilk cərrahlıq klinikasını yaratmışdır (1806). Sankt-Peterburqda Alman Həkimləri Cəmiyyətinə rəhbərlik etmişdir. 1838-ci ildə Tibb-Cərrahlıq Akademiyasında B. ad. mükafatı təsis edilmiş və yubiley medalı təltiv olunmuşdur.[3]
İstinadlar
- ↑ 1 2 3 4 Buš, Ivan Fedorovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 Буш, Иван Федорович (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский, К. К. Арсеньев, Ф. Ф. Петрушевский СПб: Брокгауз — Ефрон, 1891. Т. V. С. 133.
- ↑ Azərbaycan Milli Ensiklopediyası. V. Bakı. 2014. səh. 121. ISBN 978-9952-441-10-9 978-9952-441-00-0.
- 3 martda doğulanlar
- 1771-ci ildə doğulanlar
- Narvada doğulanlar
- 5 noyabrda vəfat edənlər
- 1843-cü ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Sankt-Peterburqda vəfat edənlər
- Smolensk lüteran qəbiristanlığında dəfn olunanlar
- S. M. Kirov adına Hərbi Tibb Akademiyanın məzunları
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Əlifba sırasına görə alimlər