Uhud döyüşü

Vikipediya, azad ensiklopediya
Zadeo19 (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:23, 11 noyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Uhud döyüşü
Tarix 23 Mart 625 M - 3 Şəvval 3 H
Yeri Mədinədən 8 km şimalda, Uhud dağı, Ərəbistan yarımadası
Səbəbi Qureyşlilərin Bədr döyüşündə məğlub olması
Nəticəsi Qureyşlilərin qalibiyyəti
Münaqişə tərəfləri

Müsəlmanlar(Mədinə)

Müşriklər(Məkkə)
Qureyşlilər

Komandan(lar)

Məhəmməd
Hz.Həmzə
Əli ibn Əbu Talib
Musəb ibn Umeyr
Abdullah ibn Cubeyr [1]
Munzir ibn Əmr [1]
Zübeyr ibn Əvvam [1]
Ubadə ibn Samit

Ömər ibn Xəttab [2]

Əbu Süfyan
Hind binti Ütbə
İkrimə ibn Əbu Cəhl
Xalid ibn Vəlid
Əmr ibn As

Tərəflərin qüvvəsi

700 Piyada
50 oxçu
4 Süvari

3000 Piyada
200 Süvari

İtkilər

73 nəfər Şəhid

44-45 nəfər

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uhud döyüşü23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir.

Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi.

Döyüş barədə

[redaktə | mənbəni redaktə et]

Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi.

Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi. İki tərəfin qüvvələri Uhud dağının ətəyində qarşılaşdı. Düşmən ordusunun say çoxluğuna baxmayaraq müsəlmanların təsirli hücumları ilə Məkkə ordusu geri çəkilməyə başladı. Bunu görən oxçular döyüşü qazandıqlarını fərz edərək gizləndikləri yerləri tərk edib, məkkəlilərin geri çəkilərkən qoyduqları qənimətləri talan etməyə başladılar.

Bundan istifadə edən məkkəlilərin komandanlarından Xalid ibn Vəlid rəhbərlik etdiyi qüvvələrlə oxçuların tərk etdiyi keçiddən müsəlmanlara hücum etdi. Bu hücum sonrası İslam ordusu ağır itkilər verərək geri çəkilməyə başladı. Beləliklə döyüşə yüksək əhval-ruhiyə ilə başlayıb, uğurlu təşkil olunmuş hücumla rəqibi geri çəkilməyə vadar edən müsəlmanlar itkilər verərək məğlub oldular. Məkkə ordusu da elədə böyük üstünlük qazanmamasına baxmayaraq bu nəticəyə qane olub müsəlmanları təqib etməyərək Məkkəyə doğru çəkildi.

  1. 1 2 3 Najeebabadi, Akbar Shah, History of Islam, Vol.1, səh. 171
  2. Gil, Moshe. Ibn Sa'd, 1(1), 147 VII(2), 113f, Baladhuri, Tarikh Tabari, 1 2960, Muqaddasi, Muthir, 25f; Ibn Hisham, 311. Cambridge University press. 1997-02-27. səh. 119. ISBN 0521599849. İstifadə tarixi: 26 January 2020.