Maksimir stadionu

Vikipediya, azad ensiklopediya
Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:54, 20 avqust 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Maksimir stadionu
Стадион Максимир
Xəritə
Sahibi Zaqreb
Tamaşaçı tutumu 60.000
Ev sahibi komanda Dinamo, Xorvatiya milli futbol komandası
Meydançanın ölçüləri 105 m × 68 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maksimir stadionu (xorv. Stadion Maksimir) — Xorvatiyanın Zaqreb şəhərində yerləşən stadion. Ətrafındakı Maksimir rayonunun adını daşıyan stadion hazırda 25 912 nəfərlik yer tutumu və 35 423 nəfərlik mümkün maksimum yer tutumu ilə ölkənin ən böyük stadionlarından biridir. Maksimir Xorvatiyanın "Dinamo Zaqreb" futbol klubunun ev stadionudur və 1990-cı ildən bəri beynəlxalq yarışların əksəriyyətində Xorvatiya milli futbol komandası tərəfindən istifadə olunur.

Stadion 112 il əvvəl, 1912-ci ildə tikilmiş və 1948, 1998 və 2011-ci illərdə təmir edilmişdir. Maksimir stadionu təchizatda edilən dəyişiliklər ilə konsert səhnəsinə çevrilə bilər və daha əvvəl bu şəkildə musiqi aktlarına ev sahibliyi etmək üçün istifadə edilmişdir. Stadionda dörd tribuna var: şimal, şərq, qərb və cənub. Yerlər sadəcə oturmaq üçün nəzərdə tutulub və tamaşaçıların ayaq üstə durması üçün yer yoxdur. 2011-ci ilin iyun ayında stadionda edilmiş əsaslı təmiri zamanı yeni oturacaqlar quraşdırılmış və oturacaqlar arasında daha böyük məsafə yaradılmışdır.

Tarixi

Tikinti və ilk illər

Zaqrebdə idmanın populyarlığının artması ilə Xorvatiyanın ilk multi-idman klublarından biri olan yerli XAŞK futbol klubu öz klubu üçün yeni stadion tikmək qərarına gəlib. Onlar Zaqrebdəki Maksimir parkının qarşı tərəfində yerləşən torpaqları Zaqreb Baş yeparxiyasından satın almışdırlar. XAŞK burada 6 000 nəfərlik tutumu olan taxta tribuna tikmiş və bura o dövrdə Zaqrebdə düzgün bir tribunaya sahib ilk yer olmuşdur. Stadion 5 may 1912-ci ildə açılıb və yeni stadionun açılış mərasimində XAŞK klubu və onların şəhərdəki rəqibi XŞK Gradjyanski Zaqreb klubu açılışı qeyd etmək üçün bir neçə yoldaşlıq oyunu keçiriblər.[1]

26 may 1941-ci ildə Müstəqil Xorvatiya Dövlətinin Ustaş faşist hökumətindən bir nümayəndə bu stadionda gənc zaqrebli tələbələrin qarşısında çıxış edərkən serb və yəhudi tələbələrin bir-birilərindən ayrı durmalarını əmr etmiş, lakin uşaqlar itaət etməmişdirlər.[2][3] Bu hadisədən az sonra, 1941-ci ilin iyununda üsyançı gənclər Maksimir stadionunu yandırıblar.[3] Bu seqreqasiya hadisəsini xatırlamaq üçün 1977-ci ildə "Əməliyyat Stadionu" adlı film çəkilmişdir.

Tutumu

U2-nin Zaqrebdəki Maksimir Stadionundakı konsertindən 360 dərəcəli görüntü

Dörd trubunadan (8 sektor) ibarət stadionun ümumi tutumu 35,423 nəfərdir.[4] Hal-hazırda şərq tribunası qapalı olduğu üçün stadionun ümumi tutumu 25 912 nəfərə enib.

  • Şimal tribunası (yuxarı): 4,510
  • Şimal tribunası (aşağı): 4,950
  • Şimal tribunası (VIP): 300
  • Qərb tribunası (yuxarı): 5,101
  • Qərb tribunası (aşağı): 6,369
  • Qərb tribunası (VIP): 748
  • Şərq tribunası: 9,514 – zəlzələnin vurduğu zərər səbəbi ilə müvəqqəti bağlanıb
  • Cənub tribunası: 3,931

Beynəlxalq matçlar

Tarix Nəticə Müsabiqə
25 iyun 1952 Yuqoslaviya  4–1  Norveç Yoldaşlıq oyunu
18 oktyabr 1953 3–1  Fransa
9 may 1954 0–2  Belçika
17 iyun 1956 1–1  Avstriya 1955–60 Mərkəzi Avropa Beynəlxalq Kuboku
12 sentyabr 1956 Xorvatiya  5–2  İndoneziya Yoldaşlıq oyunu
12 may 1957 Yuqoslaviya  6–1  İtaliya 1955–60 Mərkəzi Avropa Beynəlxalq Kuboku
5 oktyabr 1958 4–4  Macarıstan Yoldaşlıq oyunu
19 noyabr 1961 2–1  Avstriya
30 sentyabr 1962 2–3  Qərbi Almaniya
3 noyabr 1963 2–0  Çexoslovakiya
8 may 1966  Macarıstan
18 noyabr 1970  Qərbi Almaniya
21 oktyabr 1973 0–0  İspaniya 1974 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
28 sentyabr 1974 1–0  İtaliya Dostluq oyunu
15 oktyabr 1975 3–0  İsveç UEFA Avro 1976 təsnifat mərhələsi
24 aprel 1976 2–0  Uels UEFA Avro 1976 yarımfinalı
16 iyun 1976 Çexoslovakiya  3–1

(ə.v.)

 Niderland UEFA Avro 1976 yarımfinalı
19 iyun 1976 Niderland  3–2

(ə.v.)

 Yuqoslaviya UEFA Avro 1976, üçüncü yer uğrunda oyun
8 may 1977 Yuqoslaviya  0–2  Rumıniya 1978 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
4 oktyabr 1978 1–2  İspaniya UEFA Avro 1980-in təsnifat mərhələsi
13 iyun 1979 4–1  İtaliya Yoldaşlıq oyunu
12 noyabr 1983 0–0  Fransa
6 sentyabr 1989 3–1  Şotlandiya 1990 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
3 iyun 1990 0–2  Niderland Yoldaşlıq oyunu
17 oktyabr 1990 Xorvatiya  2–1  ABŞ Yoldaşlıq oyunu
22 oktyabr 1992 3–0  Meksika Yoldaşlıq oyunu
25 iyun 1993 3–1  Ukrayna
4 iyun 1994 0–0  Argentina
9 oktyabr 1994 2–0  Litva UEFA Avro 1996-ın təsnifat mərhələsi
25 mart 1995 4–0  Ukrayna
26 aprel 1995 2–0  Sloveniya
3 sentyabr 1995 7–1  Estoniya
10 noyabr 1996 1–1  Yunanıstan 1998 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
6 sentyabr 1997 3–2  Bosniya və Herseqovina
29 oktyabr 1997 2–0  Ukrayna 1998 FİFA Dünya Kubokunun pley-off mərhələsi
6 iyun 1998 7–0  Avstraliya Yoldaşlıq oyunu
14 oktyabr 1998 3–2  Macedonia UEFA Avro 2000-in təsnifat mərhələsi
28 aprel 1999 0–0  İtaliya Yoldaşlıq oyunu
21 avqust 1999 2–1  Malta UEFA Avro 2000-in təsnifat mərhələsi
4 sentyabr 1999 1–0  İrlandiya
9 oktyabr 1999 2–2  Serbiya və Monteneqro
29 mart 2000 1–1  Almaniya Yoldaşlıq oyunu
28 may 2000 0–2  Fransa
11 oktyabr 2000 1–1  Şotlandiya 2002 Dünya Kubokunun təsnifat mərhələsi
6 oktyabr 2001 1–0  Belçika
27 mart 2002 0–0  Sloveniya Yoldaşlıq oyunu
17 aprel 2002 2–0  Bosniya və Herseqovina
29 mart 2003 4–0  Belçika UEFA Avro 2004-ün təsnifat mərhələsi
11 oktyabr 2003 1–0  Bolqarıstan
15 noyabr 2003 1–1  Sloveniya UEFA Avro 2004-ün pley-off mərhələsi
31 mart 2004 2–2  Türkiyə Yoldaşlıq oyunu
4 sentyabr 2004 3–0  Macarıstan 2006 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
9 oktyabr 2004 2–2  Bolqarıstan
26 mart 2005 4–0  İslandiya
30 mart 2005 3–0  Malta
8 oktyabr 2005 1–0  İsveç
7 oktyabr 2006 7–0  Andorra UEFA Avro 2008-in təsnifat mərhələsi
11 oktyabr 2006 2–0  İngiltərə
24 mart 2007 2–1  Macedonia
6 iyun 2007 0–0  Rusiya
8 sentyabr 2007 2–0  Estoniya
13 oktyabr 2007 1–0  İsrail
6 sentyabr 2008 3–0  Qazaxıstan 2010 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
10 sentyabr 2008 1–4  İngiltərə
15 oktyabr 2008 4–0  Andorra
6 iyun 2009 2–2  Ukrayna
5 sentyabr 2009 1–0  Belarus
7 sentyabr 2010 0–0  Yunanıstan UEFA Avro 2012-nin təsnifat mərhələsi
12 oktyabr 2010 2–1  Norveç Yoldaşlıq oyunu
17 noyabr 2010 3–0  Malta UEFA Avro 2012-nin təsnifat mərhələsi
6 sentyabr 2011 3–1  İsrail
15 noyabr 2011 0–0  Türkiyə UEFA Avro 2012-nin pley-off mərhələsi
29 fevral 2012 1–3  İsveç Yoldaşlıq oyunu
7 sentyabr 2012 1–0  Macedonia 2014 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
22 mart 2013 2–0  Serbiya
7 iyun 2013 0–1  Şotlandiya
11 oktyabr 2013 1–2  Belçika
19 noyabr 2013 2–0  İslandiya 2014 FİFA Dünya Kubokunun pley-off mərhələsi
9 sentyabr 2014 2–0  Malta UEFA Avro 2016-nin təsnifat mərhələsi
28 mart 2015 5–1  Norveç
10 oktyabr 2015 3–0  Bolqarıstan
5 sentyabr 2016 1–1  Türkiyə 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
12 noyabr 2016 2–0  İslandiya
24 mart 2017 1–0  Ukrayna
3 sentyabr 2017 1–0  Kosovo
9 noyabr 2017 4–1  Yunanıstan 2018 FİFA Dünya Kubokunun pley-off mərhələsi
15 noyabr 2018 3–2  İspaniya 2018–19 UEFA Millətlər Liqası
21 mart 2019 2–1  Azərbaycan UEFA Avro 2020-in təsnifat mərhələsi
11 oktyabr 2020 2–1  İsveç 2020–21 UEFA Millətlər Liqası
14 oktyabr 2020 1–2  Fransa
22 sentyabr 2022 2–1  Danimarka 2022–23 UEFA Millətlər Liqası
21 noyabr 2023 1–0  Ermənistan UEFA Avro 2024-ün təsnifat mərhələsi

İstinadlar

  1. "Nogometno ime Zagreb kroz povijest/The Zagreb name through football history". nkzagreb041.hr. İstifadə tarixi: 16 February 2021.
  2. Zuroff, Efraim. "Ustasa rock n' roll". Jerusalem Post. 2007-06-25. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.
  3. 1 2 Svjetlana Zorić. "Otkrivanje nepoznatog Zagreba". E-novine (xorvat). 2010-05-12. 2012-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; Stadion - Dinamo Zagreb adlı istinad üçün mətn göstərilməyib