Qvozdansko qəsri
Qvozdansko qəsri | |
---|---|
( Xorvatiya) | |
Tipi | qəsr |
Yer haqqında informasiya | |
Sahib | Zrinskilər ailəsi |
Vəziyyəti | xarabalıq |
Tikinti yerinin tarixi | |
Tikilib | XV əsr |
Materiallar | əhəngdaşı |
Vikianbarda əlaqəli mediafayllar |
Qvozdansko qəsri — Dvor və Qlina şəhərləri arasındaki Qvozdansko kəndində yerləşən qəsr, Erin qəsrinin yaxınınlığındadır, mərkəzi Xorvatiyanın Sisak-Moslavina jupaniyasına (bölgə) aid olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qvozdansko qəsri XV əsrin ikinci yarısında, xorvat zadəgan ailəsi Zrinskilərin dağ hüquqları sayəsində inşa edilmişdir. Qalanın adı ilk dəfə 1488-ci ildə qeyd olunmuşdur. III Nikola Zrinski və onun oğlu IV Nikola Zrinski tez-tez mədən və sikkə evini ziyarət etmək üçün Qvozdanskoya gəlirdilər.[1]
Türklər Qvozdansko qəsrini ələ keçirmək üçün bir neçə dəfə cəhd etmişdilər. 1561-ci ildə Malkoç bəy, 1574-cü ildə Fərhad bəy və 1576-cı ildə Qapıcı paşa tərəfindən edilən yürüyüşlər ən böyük üç zəbt cəhdlərdən hesab olunur.[2] Ferhat Pasha Sokoloviçin 1577-ci il 3 oktyabr-13 yanvar 1578-ci il tarixlərində 10 min əsgərlə etdiyi son mühasirəsi daha yaxşı hazırlanmışdır.[2] Qəsrin bu mühasirəsi osmanlıların qələbəsi ilə başa çatdı. Qvozdanskoda Osmanlı hakimiyyəti 1718-ci ilə qədər davam etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Права на добычу полезных ископаемых и чеканку монет хорватской аристократии " Мирник, Иван". 2019-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
- ↑ 1 2 Zrinske utvrde u hrvatskom Pounju (PDF) // Građevinar . 55 (xorvat). Zagreb: Croatian Society of Civil Engineers. 2003. 304—307. 2011-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-02-16.