Səəd əl-Dövlə Əbhəri

Vikipediya, azad ensiklopediya
Qızılbaş (müzakirə | töhfələr) (Yeni səhifə yaradıldı) tərəfindən edilmiş 11:49, 30 iyun 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Səəd əl-Dövlə Əbhəri və ya tam adı ilə Səfi ibn Hibatullah ibn Mühasib əl-Dövlə əl-Əbhəri (d. 1240 - ö. 5 mart 1291) Elxanilər dövlətində fəaliyyət göstərmiş dövlət xadimi, vəzir və həkim. == Əslən yəhudi olan əl-Dövlə İran Azərbaycanının Əbhər bölgəsində dünyaya gəlmişdir. O, 1289-1291-ci illərdə Elxani dövlətinin hökmdarı Arqun xanın baş vəziri olmuşdur. Əbu əl-Fərəcin bildirdiyinə görə, əl-Dövlə Bağdad prefektinin qayınatası idi. O, xəzinə bölməsində çalışmış, burada gördüyü işlərdə fərqlənmiş, nəticədə onu qısqanan Elxani hakimi əl-Dövlənin saraya həkim olaraq göndərilməsini təklif etmişdir. O, sarayda Ordu Kia adlı güclü sərkərdənin dostuna çevrilmiş, onun nüfuzu sayəsində Bağdad bölgəsinin vergilərini toplamaq ona əmanət edilmişdir. O, bu vəzifəsində də müsbət mənada fərqlənmiş, oradan toplanan verginin miqdarını arrtırmış, buna görə də Arqun xan onu Bağda vilayətinin maliyyə bölməsi rəisinin müavini təyin etmişdir. Eyni zamanda Ordu Kia da həmin vilayətin hərbi hakimi və ya əmiri təyin edilmişdir. Dövrün tarixçisi Vassaf əl-Dövlənin Arqun xanın xəstəliyini müalicə etdiyini, buna görə də onun etibarını qazandığını bildirir. Əl-Dövlə həmçinin Arqun xanı Bağdaddakı məmurlar arasında korrupsiya halları barədə də məlumatlandırmışdı. Eyni zamanda o, monqol və türk dillərini bilməsi, əyalətdə mövcud olan şəraitlə yaxından tanışlığı ilə Arqunu öz bacarığı ilə heyran etdi. Tezliklə o, Bağdadın, sonra isə bütün imperiyanın maliyyəsinin baş nəzarətçisi oldu və baş vəzir oldu. “Beləliklə,” Əbu əl-Fərəc qeyd edir, “müsəlmanlar şərəfli bir yerdə alçalaraq bir yəhudiyə çevrildilər” və bu, onların böyük narazılığına səbəb oldu. Arqunun bir Lamaist Buddist olaraq belə bir şey ilə bağlı heç bir problemi yox idi.

Fəaliyyətinə görə ona əl-Dövlə, yəni dövlətin səadəti titulu verilmişdi. Onun ağıllı və ədalətli kimi səciyyələnən baş vəzirliyi dövrü fon Hammer tərəfindən "qan və qızıl" sözləri ilə tərif edilmişdir. O, sərt olsa da, müdrik və gəliri əminliklə artırmaq məqsədi daşıyan qaydalar qoydu. Vergilər sabit əsasda idi və heç bir fövqəladə tələbata - qida və ya heyvanlara - icazə verilmirdi. O, vəzifədə yalnız yəhudi və xristianları işə götürdü və təbii olaraq, vəzifələrin böyük bir hissəsi öz qohumlarının əlinə keçdi. Onun baş vəzirliyi dövründə imperiya ərazisindəki yəhudilər qısa müddətə də olsa yaxşı həyat yaşamışdılar. Əbu əl-Fərəc bildirir ki, bu dövrdə dünyanın hər yerindən yəhudilər Bağdada axışıb gəlməkdə idilər. Həmçinin onun Avropa ilə əlaqələr formalaşdırılmasında mühüm rola malik olduğu da ehtimal edilir. Bununla yanaşı o, incəsənət və ədəbiyyatı himayə etmiş və ona həsr olunmuş şeirlər, mədhiyyələr toplusu hazırlanaraq Bağdadda tirajlanmışdır. Heinrich Grätz özünün əsərində əl-Dövləni Mordeçay ibn əl-Xarbiyə ilə eyniləşdirir. Çünki ona həsr olunmuş bir şeirdə (indiyə qədər qorunub saxlanılan) əl-Dövlı üçün uyğun ola biləcək şərtlər təsvir edilmişdir.