Belmont hesabatı

Vikipediya, azad ensiklopediya
NarminSafarova94 (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:39, 30 iyun 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Belmont hesabatı (ing. Belmont Report) insanları tədqiqat subyektləri olaraq qorumaq üçün etik prinsipləri və təlimatları təqdim edən bir sənəddir. Bu hesabat Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən hazırlanmışdır.

Hesabat 30 sentyabr 1978-ci ildə irəli sürülmüş və 18 aprel 1979-cu ildə Federal Reyestrdə dərc edilmişdir.[1] Hesabat tərtib edildiyi "Belmont" konfrans mərkəzinin adını daşıyır. Əvvəllər Smitsonian İnstitutunun bir hissəsi olan "Belmont" konfrans mərkəzi Merilend ştatının Elkridj şəhərində, Baltimordan 10 mil cənubda yerləşir. 2010-cu ilin sonuna qədər bu mərkəz Kolumbiya İctimai Kollecinin idarəsində yerləşirdi.[2]

Belmont hesabatında üç əsas prinsip müəyyən edilir:

  • şəxsiyyətə hörmət;
  • iştirakçıların rifahı;
  • ədalət.

Bu hesabatın tövsiyyələrinə isə aşağıdakıları misal göstərmək olar:

  • İnformasiyalı razılıq prosesinin təkmilləşdirilməsi;
  • Risklərin və Faydaların Müvafiq Balanslaşdırılması;
  • Ədalətli Seçim Proseslərinin Tətbiqi.

Tarixi

Belmont hesabatı ABŞ Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən (1974–1978-ci illər) yazılmışdır.[3] Belə bir hesabat Taskiqidə sifilisin tədqiqatı (1932–1972-ci illər) aparılarkən yaranan problemləri həll etmək üçün lazım gəlmişdir. Səhiyyə, Təhsil və Sosial Müdafiə Nazirliyi 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində insanların qorunması üçün federal qaydalar məcəlləsində "İctimai rifah" və "İnsanların qorunması" qaydalarını nəzərdən keçirmiş və genişləndirmişdir. Komissiyanın "Tədqiqat subyektləri olan insanların qorunmasına dair etik prinsiplər və tövsiyələr" adlı hesabatı 1978-ci ildə irəli sürülmüş, 1979-cu ildə isə Federal Reyestrdə dərc edilmişdir.[4] Belmont hesabatı müxtəlif sınaqlarda və elmi tədqiqatlarda iştirakçıları qoruyan, sağlamlıq sahəsində aparılan tədqiqatlara həsr olunmuş əsas işlərdən biridir.[3]

İnsan subyektlərindən tədqiqat obyekti kimi istifadə etmək üçün üç əsas etik prinsipə riayət olunmalıdır.

  1. Şəxsiyyətə hörmət: insanların şəxsiyyətini qorumaq, onlara nəzakət, hörmət və razılıqla yanaşmaq lazımdır. Tədqiqatçılar dürüst olmalıdırlar.
  2. İştirakçıların rifahı: tədqiqat layihəsinin faydasını maksimuma çatdırıb tədqiqat subyektləri üçün riskləri minimuma endirərkən "zərər verməyin" fəlsəfəsini əsas tutmaq lazımdır.
  3. Ədalət: istismar olunmayan, yaxşı tərtib edilmiş prosedurların ədalətli şəkildə idarə olunmasını təmin etmək, xərclərin və faydaların potensial tədqiqat iştirakçıları arasında bərabər paylanması.

Bu prinsiplər ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin insan hüquqlarının müdafiəsi qaydalarının əsasını təşkil edir. Tədqiqat subyektləri olaraq insanların istifadəsinə dair üç əsas etik prinsip müəyyən edilir. İndiki dövrdə də Belmont hesabatı ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti tərəfindən aparılan və ya dəstəklənən insan subyektləri üzrə tədqiqatları nəzərdən keçirən institusional araşdırma şuraları üçün tədqiqatın etik qaydalara uyğun olduğunu göstərən mühüm istinad olaraq qalır.

Bu prinsiplərin tətqiqata tətbiqi əlavə diqqət tələb edir. – informasiyalı razılıq – risk və faydaların qiymətləndirilməsi – tətqiqat obyektlərinin seçilməsi

Jennifer Sims "Belmont hesabatının qısa məzmunu" adlı məqaləsində iştirakçıların hüquqlarına hörmət edilməsini təmin etmək üçün tibb bacılarının əməl etmək məcburiyyətində olduğu yeddi əsas vəzifəni qeyd etdi.

  1. Tədqiqatın İnstitusional Nəzarət Şurası (INŞ) tərəfindən təsdiqlənməsini təmin edin.
  2. Xəstədən məlumatlı razılıq alın.
  3. Xəstənin eksperimenti tam başa düşdüyünə əmin olun
  4. Xəstənin təhdid və ya zorakılıqla təcrübəyə məcbur edilmədiyinə əmin olun.
  5. Qeyd olunmayan klinik sınaqların hər hansı mümkün təsirlərini nəzərdən keçirin və bu barədə müvafiq sınaq koordinatoruna məlumat verin.
  6. Xəstənin şəxsiyyətinin məxfiliyini qoruyun.
  7. Bütün xəstələrə lazimi qədər qayğı göstərin.[3].

Tədqiqatçılar nəticələrin yaxşı və ya pis olmasından asılı olmayaraq məlumatları paylaşmalıdırlar. Əgər şəxs klinik sınaqda iştirak etmək istəmirsə, lakin müalicə almaq istəyirsə onun istəyi nəzərə alınmalıdır. Tətqiqat iştirakçıları kimi tətqiqatda iştirak etmək istəməyən xəstələrə də lazimi tibbi yardım göstərilməlidir.[3].

Məzmunu

Belmont hesabatının 3 əsas nöqtəsi vardır:

1) təcrübə və tədqiqat arasındakı sərhədlər; 2) əsas etik prinsiplər; 3) ərizə.

Təcrübə və tədqiqat arasındakı sərhədlər

Bu nöqtə biotibbi və davranış tədqiqatları arasındakı fərqləri müəyyən edir. Belə ki, tədqiqat iştirakçılarını qorumaq üçün müxtəlif tədbirlər tələb edir. "Təcrübə" və "tədqiqat" anlayışları bir-birlərindən fərqli anlayışlardır. Təcrübə bir şəxsin və ya qrupun rifahının yaxşılaşdırılması ilə məşğul olur, tədqiqat isə nəzəriyyəni sınaqdan keçirir və gözlənilməz nəticələr verə bilir. Bu fərqliliklərdən belə nəticəyə gəlmək olar ki, tədqiqatda iştirak edənləri qorumaq üçün onun şərtlərinə yenidən baxmaq lazımdır.

Əsas etik prinsiplər

Bu bənd üç etik prinsipi əhatə edir: şəxsiyyətə hörmət, iştirakçıların rifahı və ədalət.

Şəxsiyyətə hörmət

Bu etik prinsip insanı sərbəst vahid kimi təsvir edir və bildirir ki, sərbəst vahid öz şəxsi məqsədləri haqqında mülahizə yürütməyə qadir olan və bu mülahizə əsasında rəhbər tutulan şəxsdir. Bu prinsip insanların əksəriyyətinin qərar qəbul etmək qabiliyyətinə malik olmasına baxmayaraq bəzi insanların daha çox müdafiəyə ehtiyacları olduğunu irəli sürür. Bəzi insanlar ruhi və ya digər xəstəliklər səbəbilə öz müqəddəratını təyin etmək qabiliyyətini itirirlər. Bu halda fərd öz müqəddəratını təyinetmə qabiliyyətinə malik olana qədər qorunmalıdır.

İştirakçıların rifahı

Bu prinsip faydaları maksimuma çatdırmağı və potensial zərəri minimuma endirməyi vurğulayır. Xüsusi müdafiə tələb edən iştirakçılar üçün şəxslərə hörmət prinsipini də əsas tutaraq tətbiq olunur.

Ədalət

Tədqiqatda fayda və məsuliyyətlərin bölüşdürülməsinə aid edilən bir prinsipdir və bu prinsip üçün 5 əsas yanaşma ayırd edilir. 1) bərabər pay; 2) ehtiyaclar; 3) fərdi səylər; 4) ictimai töhfə; 5) ləyaqət.

Bu prinsipdən Taskiqidə sifilisin tədqiqat şərtlərini təsvir etmək, tədqiqatın mümkün faydalarını izah etmək üçün istifadə edilir. Burada məhbusların konsentrasiya düşərgələrində tədqiqat iştirakçıları kimi istismar edilməsi də qeyd olunur.

  1. National Commission for the Protection of Human Subjects of Biomedical and Behavioral Research. The Belmont Report (PDF) (Hesabat). United States Government Printing Office. 2019-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-22.
  2. Carson, Larry. "HCC to close Belmont Conference Center". The Baltimore Sun. 2010-09-30. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-23.
  3. 1 2 3 4 Sims, Jennifer. "A brief review of the Belmont Report". Dimensions of Critical Care Nursing. 29 (4). July–August 2010: 173–4. doi:10.1097/dcc.0b013e3181de9ec5. PMID 20543620.
  4. HEW was split into the Department of Education and the Department of Health and Human Services in 1980. See https://www.hhs.gov/about/hhshist.html Arxivləşdirilib 2013-02-18 at the Wayback Machine