İqtisadi staqnasiya
Staqnasiya (ing. stagnation) — İqtisadiyyatda uzunmüddətli sürünən iqtisadi artımı ifadəsi. Adətən yüksək işsizliklə müşayiət olunur. Beləliklə, ÜDM-dəki artımın sürətinin gözləniləndən çox aşağı olması iqtisadi durğunluğu, yəni depressiya vəziyyətini şərtləndirir[1]. Staqnasiya ilə resessiya ən çox qarışdırılan terminlər sırasında öndədir. Staqnasiya, uzun müddətli, önəmsiz yaxud sıfıra yaxın iqtisadi artımı ifadə etidiyi halda, resesiya bütövlükdə iqtisadi kiçilmə mənasına gəlir.[2]
Səbəbləri
Staqnasiya vəziyyətini şərtləndirən amillər sırasında iqtisadi şoklar, iqtisadi struktur problemləri və s. vardır. Bütövlükdə iqtisadiyyatda yaxud spesifik bir iqtisadi və ya biznes tsikilində meydana çıxa bilər.[1]
Nəticələri
Staqnasiya bir proses kimi iqtisadi rifah halına çox ciddi təsir edir[3] və inflasiya ilə birləşməsi halında staqflyasiya halının meydana çıxmasına rəvac verir.[2]
Mənbə
- ↑ 1 2 Investopedia. "Stagnation". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ 1 2 Nicat Muradzadə. "İqtisadi böhran terminologiyasından 7 seçmə". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
- ↑ Wiktionary. Economic Stagnation
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |