Volfqanq Puşniq
Volfqanq Puşniq | |
---|---|
Wolfgang Pushnig | |
Doğum tarixi | |
Doğum yeri | Klagenfurt Avstriya |
Vətəndaşlığı | Avstriya |
Fəaliyyəti | musiqiçi bəstəkar |
Fəaliyyət illəri | 1975-ci ildən |
puschnig.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Volfqanq Puşniq ing. Wolfgang Puschnig (21 may 1956, Klagenfurt, Avstriya) — avstriyalı caz musiqiçisi (saksafon, fleyta, klarnet) və bəstəkardır.[1]
Tərcümeyi-halı
Vyana Konservatoriyasında saksafon və fleyta üzrə təhsil aldıqdan sonra Puşniq 1970-ci illərin ortalarında Vyana İncəsənət Orkestrinin qurucu üzvlərindən biri olmuşdur. Burada 1989-cu ilə qədər çalışmışdır. Eyni zamanda bu müddət ərzində o, müxtəlif musiqi qruplarında üzv olmuşdur. 1991-ci ildə caz musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. ( JazzFest Berlin 2006, Musikfest Waidhofen / Thaya 2007). Bundan əlavə, o, dəfələrlə Koreyanın SamulNori adlı zərb alətləri ansamblı ilə birgə çıxış edib.
Puşniq həmçinin Vyana Musiqi və İfa Sənəti Universitetinin professorudur.[1]
Mükafatları
- 1998: Hans Koller mükafatı [2] "İlin caz musiqiçisi"
- 2003: Karintiya Mükafatı
- 2004: Klagenfurt Universitetinin fəxri doktoru adını alan ilk musiqiçi [1]
- 2016: Karintiya Zabit Xaç Ordeni [3]
- 2022: Karintiya mədəniyyət Mükafatı (alm. Kulturpreis des Landes Kärnten )
Diskoqrafiya
Solo albomları
- 1988: Pieces Of The Dream (Amadeo)
- 1991: Alpine Aspects (Amadeo)
- 1995: Mixed Metaphors (Amadeo)
- 1997: Dream Weavers (Label Hopi)
- 1998: Roots & Fruits (EmArcy)
- 1999: Aspects (Pao Records)
- 2001: Chants (Quinton Records)
- 2006: Things Change: The 50th Anniversary Box (EmArcy), 3xCD
İstinadlar
- ↑ 1 2 3 "Puschnig, Wolfgang". Biography. Austria-forum.org. İstifadə tarixi: 2016-08-21.
- ↑ "Hans Koller Mükafatı". de.wikipedia.org. İstifadə tarixi: 2024.03.26.
- ↑ "Großes Ehrenzeichen des Landes Kärnten für Jazzmusiker Wolfgang Puschnig". Land Kärnten (ktn.gv.at). İstifadə tarixi: 2018-12-26.