Gertruda Roqman

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 22:05, 9 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Gertruda Roqman
nid. Geertruydt Roghman
Doğum tarixi oktyabr 1625[1] və ya 1624[2]
Doğum yeri
Vəfat tarixi ən tezi mart 1651ən geci dekabr 1657[1], 1650[3] və ya ən tezi mart 1651ən geci dekabr 1657[4]
Vəfat yeri
Fəaliyyəti rəssam, qravüraçı, çap ustası
Janrlar Rəsmxət, qravür
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gertruda Roqman (nid. Geertruydt Roghman; oktyabr 1625[1] və ya 1624[2], Amsterdam, Hollandiya qraflığı[1][4][…]ən tezi mart 1651ən geci dekabr 1657[1], 1650[3] və ya ən tezi mart 1651ən geci dekabr 1657[4], Amsterdam, Hollandiya qraflığı[1]) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, çap ustası.

Gertruda Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Gertruda qardaşı Rolant Roqman və kiçik bacısı Maqdalena Roqman anası vasitəsilə rəssam Rolant Saverey nəvəsi sayılırdı. Çünki Rolant Saverey anaları Mariya Yakobs Savereyin əmisi idi.[5] Gertruda yəqin ki, atasının emalatxanasında işləyib və qısa ömründə böyük bir iş görməyib. O, daha çox qardaşı Rolantın eskizləri əsasında Amsterdamda Klas Yanson Visher tərəfindən nəşr edilmiş Xoş mənzərələr və ya Rolant Roqmanın həyatdan çəkdiyi əyləncəli səhnələr adlı 14 çapı ilə tanınır.[6][7] Bu səhnələr XVII əsrin ikinci yarısı və XVIII əsrin əvvəllərində yaxşı satılırdı və mənzərə üslubunda işləyən rəssamlara ilham verirdi.[7] O, həm də orijinal işi ilə tanınır. Gertruda Roqman interyerdə işləyən qadınların həkk edildiyi 5 qravürdən ibarət seriyanın müəllifidir.[7]

Gertruda Roqman 1651–1657-ci illər arasında vəfat edib. Onun əsərlərinin çoxu Amsterdamdakı Reyksmüzyemun çap otağında mühafizə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]