Herbert Xamison

Vikipediya, azad ensiklopediya
Freiheiten (müzakirə | töhfələr) (top: clean up) tərəfindən edilmiş 16:33, 21 yanvar 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Herbert Xamison
Şəxsi məlumatlar
Tam adı Herbert Brotherson Xamison
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi
Doğum yeri Peoriya, Birləşmiş Ştatlar
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Peoriya, Birləşmiş Ştatlar
Boyu 173 sm
Çəkisi 69 kq
İdman növü Yüngül atletiкa
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herbert Xamison (d. 17 sentyabr 1875; Peoriya, Birləşmiş Ştatlar - ö. 22 iyun 1938; Peoriya, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb.

Həyatı

Herbert Xamison 1875-ci ilin 17 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Peoriya şəhərində anadan olub. 1938-ci ilin 22 iyun tarixində isə elə həmin şəhərdə ömrünün 62-ci yaşında vəfat edib.

Afina Olimpiadası

Herbert Xamison 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Xamison təsnifat mərhələsində 56.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 55.2 saniyə nəticəyə imza atan Herbert Xamison I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.

İstinadlar