Navikulyar sümük

Vikipediya, azad ensiklopediya
Nigar1972 (müzakirə | töhfələr) (→‎Həmçinin bax) tərəfindən edilmiş 12:55, 25 sentyabr 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Navikulyar sümük
İnsan ayağının sümükləri. Navicular sümük
İnsan ayağının sümükləri. Navicular sümük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Navikulyar sümük — (nəˈvɪkjʊlər) əksər məməlilərin ayaqlarında olan kiçik sümük.

İnsan anatomiyası

İnsanlarda navikulyar sümük ayaqda yerləşən tarsal sümüklərdən biridir. Navikulyar sümük və ya əl navikulyar sümüyü termini əvvəllər biləyin sümüklərindən biri olan qayığabənzər sümüyü üçün istifadə olunurdu.

İnsanlarda navikulyar sümüyü ayağın medial tərəfində yerləşir və proksimalda talus ilə, distalda üç mixi sümük[1] ilə və yanal[2] olaraq kuboid sümüyü[3] ilə birləşir.

Ossifikasiyaya[4] başlayan ayaq sümüklərinin sonuncusudur və adətən qızlarda həyatın 3-cü ilinin, oğlanlarda isə 4-cü ilin əvvəlinə qədər baş vermir.[5]

Navikulyar sümüyün sınığı

Tibialis posterior navikulyar sümüyə bağlanan yeganə əzələdir. Əzələnin əsas hissəsi navikulyar sümüyün ortasına yapışır.[6] Əlavə navikulyar sümük ümumi əhalinin 2-14%-də mövcud ola bilər.[7][8][9]

Klinik əhəmiyyəti

İnsanın navikulyar sümükləri tez-tez qırılan sümük deyil və ancaq 2 səbəbə görə qırılır. 1-ci mexanizm idmançılarda tez-tez baş verən stress vəziyyətidir,[10] digər mexanizm isə yüksək enerjili travmadır.

Navikulyar sümük ayağın biomexanikasında mühüm rol oynayır: inversiya, eversiya və hərəkətə kömək edir. Bu, orta və ön ayaq arasında struktur əlaqə və ayağın uzununa və eninə qövsünün bir hissəsidir.

Əlavə şəkillər

At anatomiyası

Həmçinin bax

  • Sümük

İstinadlar

  1. "Gray's Anatomy, 6b. The Hand. 1. The Carpus. 4". 1918. İstifadə tarixi: 2018-05-11.
  2. https://en.wikipedia.org/wiki/Anatomical_terms_of_location#Relative_directions
  3. https://en.wikipedia.org/wiki/Cuboid_bone
  4. https://az.orthopaedie-innsbruck.at/definition-ossification-32816
  5. Louise Scheuer; Sue Black. The Juvenile Skeleton. 2004. ISBN 9780080474595.
  6. Bojsen-Møller, Finn; Simonsen, Erik B.; Tranum-Jensen, Jørgen. Bevægeapparatets anatomi [Anatomy of the Locomotive Apparatus] (danimarka) (12th). 2001. səh. 293. ISBN 978-87-628-0307-7.
  7. "Top Rated Foot Surgeons - Foot & Ankle Institute in Baltimore- Mercy". Mercy Medical Center.
  8. "Accessory Navicular". 2 June 2020.
  9. www.mynameiskaan.com. "Macrorad Teleradiology Case Report - SYMPTOMATIC ACCESSORY NAVICULAR BONE".
  10. "Medical Update On Pau Gasol". Milwaukee Bucks (ingilis). İstifadə tarixi: 2019-12-08.