Qisas (film, 1991)
Qisas | |
---|---|
Fayl:Qisas (film, 1991).jpg | |
Janr | dram |
Rejissor | Yusif Əlizadə |
Ssenari müəllifi | Bəxtiyar Vahabzadə |
Baş rollarda |
Ələddin Abbasov — Xalıq Tofiq Bayramov — Musaxan Əliqulu Səmədov — Əjdər Sofa Bəsirzadə — Tükəz qarı |
Operator | Rafiq Əliyev |
Bəstəkar | İdris Zeynalov |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 28 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1991 |
Texniki məlumatlar |
3 hissə 760,2 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Kino əsəri tamaşaçılara, xüsusilə gənc nəslə humanist hisslər aşılayır, insanların bir-birinə kömək əli uzatmalarının, yardım etmələrinin vacibliyindən danışır.
Filmdəki hadisələri tamaşaçılar ucqar dağ kəndinin qoca ağsaqqalının gözü ilə görür. Xalıq kişinin (Ələddin Abbasov) özü və onun nisbətən cavan nəsildən olan yerliləri ilə tanış olurlar. Hadisələrin inkişafı prosesindən aydın olur ki, cəmiyyətin içində yaşamaq hələ bu cəmiyyətin üzvü olmaq demək deyil, bunu son öz əməlinlə, öz hərəkətlərinlə sübut etməlisən.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film Yusif Əlizadənin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Film şair və dramaturq Bəxtiyar Vahabzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Quruluşçu rejissor: Yusif Əlizadə
- Ssenari müəllifi: Bəxtiyar Vahabzadə
- Quruluşçu operator: Rafiq Əliyev
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Bəstəkar: İdris Zeynalov
- Səs operatoru: Teymur Abdullayev
Rollarda
[redaktə | mənbəni redaktə et]- Ələddin Abbasov — Xalıq
- Tofiq Bayramov — Musaxan
- Əliqulu Səmədov — Əjdər
- Sofa Bəsirzadə — Tükəz qarı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.