Gi Molle
Gi Molle | |
---|---|
fr. Guy Mollet | |
1 fevral 1956 – 13 iyun 1957 | |
Əvvəlki | Edqar For |
Sonrakı | Moris Burjes-Monuri |
Şəxsi məlumatlar | |
Doğum adı | Alcide Guy Mollet |
Doğum tarixi | 31 dekabr 1905[1][2][…] |
Vəfat tarixi | 3 oktyabr 1975[3][2][…] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, Fransa Müqavimət Hərəkatı üzvü |
Vikianbarda əlaqəli mediafayllar |
Gi Alsid Molle (fr. Guy Mollet; 31 dekabr 1905[1][2][…] – 3 oktyabr 1975[3][2][…], VII arondisman[4]) — Fransa siyasi və dövlət xadimi. O, 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsinə (FİFB) rəhbərlik etmiş və 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur.
Baş nazir olaraq Molle bəzi əhəmiyyətli ölkədaxili islahatlar keçirmiş və Fransa-Britaniya Birliyi layihəsi ilə Avropaya inteqrasiya üçün səy göstərmişdir. O, xüsusilə də Süveyş böhranı və Əlcəzair müharibəsi zamanı apardığı siyasətə görə Fransanın həm solçu, həm də sağçı cəbhəsində mənfi bir fiqur kimi qarşılanmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsi (FİFB; sonradan Fransa Sosialist Partiyası; FSP) baş katibi, 1951–1969-cu illərdə Sosialist İnternasionalı sədrinin müavini, 1954–1956-cı illərdə Avropa İttifaqı Məsləhət Şurasının sədri, 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. O, Əlcəzairdə müstəmləkəçilik mübarizəsini davam etdirmiş, Fransanı 1956-cı il Süveyş böhranına sürükləmişdir. Molle 1958-ci ildə de Qollun hakimiyyətə gəlməsinə kömək etmiş, onun təşkil etdiyi hökumətə daxil olmuş, sonradan Beşinci respublikaya qarşı müxalifətə keçmişdir. 1969-cu ildən Sosialist Tədqiqatları Universitet Mərkəzinin sədri idi. Molle 1956-cı ildə baş nazir, 1963-cü ildə isə FSP nümayəndə heyətinin başçısı kimi SSRİ-də olmuşdur.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 senat.fr (fr.).
- ↑ 1 2 3 4 Guy, Alcide Mollet // Sycomore (fr.). / Assemblée nationale
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Fichier des personnes décédées mirror.
- ↑ Молле Ҝи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 39.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aussaresses, General Paul, The Battle of the Casbah: Terrorism and Counter-Terrorism in Algeria, 1955–1957. (New York: Enigma Books, 2010) ISBN 978-1-929631-30-8.