Dioksinlər

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8.7) tərəfindən edilmiş 06:22, 25 may 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Dioksinlər — məlum olan ən zəhərli maddələr qrupu. Dioksinlər polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir.

Dioksinlər üzvi maddələrdə həll olur, kanserogen təsirə və davamlığa malikdir. Torpaqda dioksinlərin yarımparçalanma dövrü 10–20 il təşkil edir.[1]

Dioksinlərin ətraf mühitə yayılması

[redaktə | mənbəni redaktə et]

Aşağıda ətraf mühitin (atmosfer havasına, su hövzəsinə, torpaq örtüyünə) dioksinlərlə çirklənməsi prosesləri verilmişdir.[2]

Atmosfer havasına

[redaktə | mənbəni redaktə et]

Atmosfer havasına dioksinlər və furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn, aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişi zamanı daxil olur.

Su hövzəsinə

[redaktə | mənbəni redaktə et]

Su hövzəsinə dioksinlər əsasən xlordan istifadə olunan sellüloz-kağızkimya sənayesinin, dioksinlərlə çirklənmiş qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin tullantılarından daxil olur.

Torpaq örtüyünə

[redaktə | mənbəni redaktə et]

Torpaq örtüyünün dioksinlərlə furanlarla çirklənməsi bəzi pestisidlərdənkanalizasiya lilindən istifadə edilməsi nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları, pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində disoksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınlarıvulkan fəaliyyəti hesab olunur.

  1. "Ekoloji məlumat kitabı" (PDF). 2016-03-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.
  2. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.