A101

Vikipediya, azad ensiklopediya
Elonizm (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:15, 19 fevral 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
A101
Loqonun şəkli
Şirkətin 2015-ci ildən bəri istifadə etdiyi loqo
Ümumi məlumatlar
Tipi Səhmdar cəmiyyəti
Məhsulu Pərakəndə
Təsis tarixi 28 mart 2018
Baş qərargahın yeri Türkiyə Türkiyə 9125 mağaza
Struktur
İşçi sayı 36.000[1]
Ana şirkət Turqut Aydın Holdinq
a101.com.tr

A101 Yeni Mağazacılıq ASC və ya qısaca A101Türkiyədə satış edən diskaunter mağaza. 28 mart 2008-ci ildə 28-ci filialının açılışı edilmişdir. A101-ə məxsus yük maşınları anbarlardan mağazalara göndərilir. A101 Türkiyənin 81 ili, 923 ilçəsində 9001 mağaza ilə xidmət göstərir. Ümumilikdə 16 regional müdriyyəti var.[2]

A101 Yeni Mağazacılıq ASC, 79.21% səhmdar quruluşa sahib Turgut Aydın Holdinqə aiddir.[3] 16 iyul 2016-cı ildə A101 və A101 idarə heyəti üçün əməliyyat başladılmışdır. Xüsusi əməliyyatlar A101 və A101 idarə heyəti üzvlərinin təxminən 3 gün sonra sərbəst buraxılması ilə başa çatdı. İstintaqı aparan prokuror, sorğu sonrası A101 Bazarlar Zəncirinin sədri Turgut Aydın, sədr müavini Əhməd Yaşar Aydın, İdarə heyəti Üzvü Ayhan Aydın və Aydan Aydın, Zehra Aydın və Oksana Aydının sərbəst buraxılmasına qərar verdi və bu barədə mediada məlumat verildi.[4][5]

A101 rəsmi Facebook səhifəsində A101 əleyhinə iddiaları rədd etmək və ictimaiyyəti məlumatlandırmaq üçün müxtəlif elanlar verildi. Verilən ifadələr nəticəsində və istintaq müddətində A101-ə qarşı irəli sürülən iddiaların əsassız olduğu məlum oldu.

Xidmətlər

Fəaliyyət

Zəncir mağazaları diskaunt mağaza anlayışı ilə fəaliyyət göstərir. Müştərilərinə aşağı qiymətlər və ucuz qiymətə qida və istehlak materialları təklif edir. Bundan əlavə, elektron ticarət bazarı hazırda həm onlayn, həm də ənənəvi metodlarla fəaliyyət göstərir.

Endirim

A101 Yeni Mağazacılıq ASC, həftəlik endirim kataloqu kağız və broşuralarda çap edərək paylayır və internetdə yayımlayır.

Onlayn

Ənənəvi satış metodlarına əlavə olaraq, A101 2018-ci ildə onlayn platformalarda satış üçün araşdırmalara başladı. A101 rəsmi bağlantısı ilə elektron ticarətə açıldı; bir çox kateqoriyada məhsul təklif edir. Çatdırılma pulsuzdur.[6]

İstinadlar

  1. "Türkiye istihdam şampiyonu A101!". www.perakende.org. İstifadə tarixi: 13 may 2020.
  2. "Hakkımızda - A101". www.a101.com.tr. İstifadə tarixi: 13 may 2020.
  3. "SA101 ve Akfa Holding'e operasyon!". www.hurriyet.com.tr (türk). İstifadə tarixi: 13 may 2020.
  4. "A101İletisim". www.facebook.com (ingilis). İstifadə tarixi: 13 may 2020.
  5. "FETÖ soruşturmasında A101'in patronu serbest". BloombergHT (türk). 19 avqust 2016. İstifadə tarixi: 13 may 2020.
  6. "A101 HARCA HARCA BİTMEZ". www.a101.com.tr. İstifadə tarixi: 13 may 2020.

Həmçinin bax