Jozef Lui Gey-Lüssak

Vikipediya, azad ensiklopediya
TexnoBot (müzakirə | töhfələr) (Həyatı: Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 09:29, 9 iyul 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Jozef Lui Gey-Lüssak
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi
Vəfat yeri Paris, Fransa
Dəfn yeri
Milliyyəti Fransız
Uşağı 5
Elm sahələri kimya, fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Klod Lui Bertolle
Üzvlüyü
Mükafatları Pour le Mérite Fəxri Legion ordeninin yüksək rütbəli zabiti İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef Lui Gey-Lüssak - Fransız alimi, həm fizik, həm də kimyaçı.

Həyatı

Jozef Lui Gey-Lüssak 6 dekabr 1778-ci ildə Fransada doğulmuşdur. Onun babası tibb işçisi, atası isə hüquqşünas olmuşdur. O fransız dilindən başqa italyan, ingilis və alman dillərini də çox gözəl bilmişdir. K.L.Bertollenin tələbəsi olmuşdur. Atom- molekul nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamış qaz qanunları onun adı ilə bağlıdır. 1802-ci ildə Gey-Lüssak müəyyən etdi ki, sabit təzyiqdə qazın həcmi temperaturla mütənasib olaraq artır. Bir qədər sonra o, daha bir yeni qanunu ifadə edir: qapalı həcmdə qazın təzyiqi temperaturla düz mütənasibdir. 1808-ci ildə Gey-Lüssak (alman təbiətşünası Aleksandr Humboldtla birgə) kimyanın inkişafı üçün çox vacib olan həcmi nisbətlər qanununu kəşf etdi. Bu qanuna görə reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz halındakı maddələrin həcmləri nisbəti, sadə tam ədədlərin nisbəti kimidir (bu şərtlə ki, təzyiq və temperatur sabitdir).

XVIII əsrin axırı - XIX əsrin əvvəllərində qazların xassələrini bir çox alimlər araşdırmışlar. Məs., qazın həcmi ilə temperaturu arasındakı asılılığı (sabit təzyiqdə) Gey-Lüssaka qədər fransız fiziki Jak Aleksandr Sezar Şarl (1746-1823) tədqiq etmişdir. Lakin o, aldığı nəticələri vaxtında dərc etdirməmiş, Gey-Lüssak isə qanunu dəqiq ifadə etmişdir. Bu qanun Rusiyada Gey-Lüssak qanunu, lakin Amerika və İngiltərədə isə Şarl qanunu adlanır. Qazın təzyiqlə mütləq temperaturu arasındakı asılılıqda isə (sabit həcmdə) hər şey əksinədir: o, Rusiyada Şarl qanunu kimi, Amerikada və İngiltərədə isə Gey-Lüssak qanunu kimi qəbul edilmişdir. Bəzən bu qanunları uyğun olaraq Gey-Lüssakin birinci və ikinci qanunları adlandırırlar. Maraqlıdır ki, hər iki alim hava şarlarında uçuşları ilə də tanınmışlar.

Gey-Lussak ve Batist Bio bir hidrogen şarı ilə yüksələrkən,1804

Gey-Lüssak Jan Batist Bio ilə birlikdə 1804-cü ildə 7000 metr hündürlüyə hava şarı ilə qalxaraq rekord qazanmışdır.

Mənbə

Xarici keçidlər

  1. 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA7195&pos=1.
  2. Find a Grave (ing.). 1996.