Mixeil Saakaşvili

Vikipediya, azad ensiklopediya
En Merker (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:55, 25 iyun 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mixeil Saakaşvili
gürc. მიხეილ სააკაშვილი
Gürcüstan Prezidenti[d]
20 yanvar 2008 – 17 noyabr 2013
ƏvvəlkiNino Burcanadze
SonrakıGeorgi Margvelaşvili
Avropa Şurası Parlament Assambleyasının xüsusi qonağı[d]
24 iyun 1996 – 26 aprel 1999
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d]
26 aprel 1999 – 22 yanvar 2001
3 fevral 2005 – 17 fevral 2005
Şəxsi məlumatlar
Doğum tarixi (57 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR
Partiya
Təhsili
İxtisası hüquqşünas
Fəaliyyəti hüquqşünas, siyasətçi, vəkil, televiziya aparıcısı
Atası Nikoloz Saakaşvili
Anası Qiuli Alasaniya
Həyat yoldaşı Sandra Rulofs
Uşaqları oğlanları: Eduard və Nikoloz
Dini pravoslav
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq üzrə magistr[d]

İmzanın şəkli
saakashvilimikheil.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixeil Saakaşvili və ya Mixail Saakaşvili (gürc. მიხეილ ნიკოლოზის ძე სააკაშვილი Mixeil Nikolozis dze Saakaşvili; 21 dekabr 1967[1][2], Tbilisi) — Gürcü siyasətçisi və Gürcüstan Respublikasının III prezidenti(25 yanvar 2004-25 noyabr 2007 və 20 yanvar 2008-17 noyabr 2013). 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanmışdır.

2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət AvropaABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanmışdır. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilmişdir.[3][4][5]

Həyatı

Mixeil Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə doğulub. Atası Nikoloz Saakaşvili həkimdir. Anası Giuli Alasania Tbilisi Dövlət Universitetinin tarix kafedrasında professoru və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır.

Saakaşvili Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirmişdir. 1986-cı ilin sonlarından etibarən iki il müddətində Sovet Ordusu tərkibində ÇexoslovakiyaMacarıstanda həqiqi hərbi xidmətdə olmuşdur.

1992-ci ildən il yarım müddətində Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda, sonra isə Tiflisdə Gürcüstan İnsan Hüquqları Komitəsində çalışmış və azlıq hüququ üzrə ixtisaslaşmışdır. 1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülmüşdür.

1994-cü ildə "Edmund S. Muskie Graduate Fellowship" proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olmuş, 1995-ci ildə Corc Vaşinqton Universitetində dissertasiya müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.

Sandra Rulofs adlı holland əsilli qadınla ailə həyatı qurmuşdur və Eduard və Nikiloz adlı iki övladları vardır. Ana dili ilə yanaşı ingilis, rus, fransız və ukrayna dillərində sərbəst danışır.

Siyasi fəaliyyəti

Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri seçilib. 2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuşdur.[6].

M.Saakaşvili Ukrayna vətəndaşlığından 2017-ci il iyulun 26-da çıxarılmışdı. Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalamışdı. Ukraynanın yeni prezidenti Vladimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.[7]

Filmoqrafiya

  1. Böyük ömrün anları (film, 2006)-Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
  2. Böyük ömrün davamı (film, 2007)-Arxiv kadrlar (Tammetrajlı Bədii-Sənədli Televiziya Film-Tamaşası)
  3. BP Azərbaycanda (film, 2007)-Arxiv kadrlar (Qısametrajlı Sənədli Film)
  4. Mənə inanın! (film, 2007)-Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
  5. Uğur formulu (film, 2007)-Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)

Həmçinin bax

İstinadlar

  1. Micheil (Michail) Saakaschwili // Brockhauz Ensiklopediyası (alm.).
  2. Micheil Saakaschwili // Munzinger Personen (alm.).
  3. "Saakashvili Confirmed As Governor Of Ukraine's Odesa Region". RFE/RL. 29 May 2015. İstifadə tarixi: 30 May 2015.
  4. "Georgian ex-President Saakashvili named Ukraine regional governor - BBC News". Bbc.com. İstifadə tarixi: 2015-06-02.
  5. "euronews – Ex-Georgian President Sakaashvili appointed governor of Ukraine's Odessa region". M.euronews.com. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  6. "Saakaşvilinin 42 yaşı tamam oldu". 2020-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.
  7. Saakaşvilinin Ukrayna pasportu özünə qaytarıldı