Hibətullah Sultan

Vikipediya, azad ensiklopediya
Mr rqasimzade (müzakirə | töhfələr) (Mənbə) tərəfindən edilmiş 14:37, 14 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Hibətullah Sultan
هبة الله بن عبد الحميد
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Atası I Əbdülhəmid
Anası Fatma Şəbsəfa Sultan
Həyat yoldaşı Ələddin Paşa
Ailəsi Osmanlı xanədanı

Hibətullah Sultan (Osmanlı türkcəsi: هبة الله بن عبد الحميد) (d. 16 mart 1789 - ö. 18 sentyabr 1841) — 27-ci Osmanlı sultanı I Əbdülhəmidin qızı.

Həyatı

Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi.

1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi.

Mənbə

  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 369