Qrimuar

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) (Kateqoriya:Dini əşyalar əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 10:37, 8 iyul 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bu tilsim dizaynı "Qara fərə" qrimuarından gəlir.

Qrimuar (fr. Grimoire) və ya qrimoriya (fr. Grammaire) — cinləri çağırmaq üçün istifadə olunan sehrli proseduralarovsunları təsvir etdiyi, ümumiyyətlə cadugərlik reseptlərini tərif etdiyi güman edilən orta əsrlərə aid kitab.[1]

Əksər hallarda, kitabların özündə sehrli qüvvələrin olduğuna inanılır. Buna baxmayaraq, Quran kimi qrimuar hesab edilməyən digər müqəddəs kitabların fövqəltəbii keyfiyyətə xas olduğu fərz edilir. Qrimuar içərisində yazılan mətnlər sadəcə ovsunlar, rituallar, sehrli alətlərin hazırlanma üsulu və sehrli proseduraların həyata keçirilməsi üçün lazım olan komponentlərin siyahısı aiddir.[2][3]

Qrimuar termini Avropa mənşəlidir və tarix boyu seremonial sehrbazlar tərəfindən istifadə edilib.[4] Buna baxmayaraq, tarixşünas Ouen Devis qeyd edir ki, bu növ kitablara dünyanın hər yerində rast gəlmək olar.[5]

Mənbə

İstinadlar

  1. Davies (2009:1)
  2. http://www.flyingthehedge.com/2014/09/grimoire-vs-book-of-shadows.html
  3. Davies (2009:2–3)
  4. Davies (2009:2–5)
  5. Davies (2009:6–7)

Ədəbiyyat

  • Devis, Ouen. Grimoires: A History of Magic Books (ingilis). Oxford University Press USA. 2009. ISBN 9780199204519. OCLC 244766270.

Xarici keçidlər