Jozef Lui Gey-Lüssak

Vikipediya, azad ensiklopediya
Kəmalə baxa (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:22, 30 yanvar 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Jozef Lui Gey-Lüssak
Doğum tarixi 6 dekabr 1778(1778-12-06)[1][2]
Vəfat tarixi 9 may 1850(1850-05-09)[3][4][…] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 5
Elm sahələri kimya, fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Klod Lui Bertolle
Üzvlüyü
Mükafatları Pour le Mérite Fəxri Legion ordeninin yüksək rütbəli zabiti İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef Lui Gey-Lüssak - Fransız alimi, həm fizik, həm də kimyaçı.

Ümumi məlumat

Jozef Lui Gey-Lüssak 6 dekabr 1778-ci ildə Fransada doğulmuşdur. Onun babası tibb işçisi, atası isə hüquqşünas olmuşdur. O fransız dilindən başqa italyan, ingilis və alman dillərinidə çox gözəl bilmişdir. K.L.Bertollenin tələbəsi olmuşdur. Atom- molekul nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamış qaz qanunları onun adı ilə bağlıdır. 1802-ci ildə Gey-Lüssak müəyyən etdi ki, sabit təzyiqdə qazın həcmi temperaturla mütənasib olaraq artır. Bir qədər sonra o, daha bir yeni qanunu ifadə edir: qapalı həcmdə qazın təzyiqi temperaturla düz mütənasibdir. 1808-ci ildə Gey-Lüssak (alman təbiətşünası Aleksandr Humboldtla birgə) kimyanın inkişafı üçün çox vacib olan həcmi nisbətlər qanununu kəşf etdi. Bu qanuna görə reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz halındakı maddələrin həcmləri nisbəti, sadə tam ədədlərin nisbəti kimidir (bu şərtlə ki, təzyiq və temperatur sabitdir).

Gey-Lussak ve Biot bir hidrogen şarı ilə yüksələrkən,1804
  1. Joseph Louis Gay-Lussac // Base biographique (fr.). BIU Santé.
  2. 1 2 www.accademiadellescienze.it (it.).
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Louis, Joseph Gay-Lussac // Sycomore (fr.). / Assemblée nationale
  5. 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA7195&pos=1.
  6. Гей-Люссак Жозеф Луи // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. Find a Grave (ing.). 1996.