Qovaq şibyəyeyəni
Bu səhifədə iş davam etməkdədir. |
Qovaq şibyəyeyəni-(lat. E.complana L.) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ
Qovaq şibyəyeyəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Qovaq şibyəyeyəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Xarici quruluşu
Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır.
Yayılması
Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır. İşığa həvəslə uçur. Ağaclar üzərindəki şibyələrlə qidalanır. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır.
Ədəbiyyat
- S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (Dissertasiya).Bakı, 2005.
Xarici keçidlər
Həmçinin bax
Zoologiya İnstitutunun kolleksiya fondunda materiallarında bu növ A.Boqaçev tərəfindən Oğuzdan və Qəbələdən, A.Piriyev tərəfindən isə İsmayıllıdan toplanmışdır.