Sabir Azəri

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:51, 3 iyun 2008 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
SABİR AZƏRİ
Doğum tarixi 22 mart 1938(1938-03-22)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 2010(2010-01-28) (72 yaşında)
Fəaliyyəti yazıçı

|}


Həyatı

Sabir Əli oğlu — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964) - 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra «Azərbaycan gəncləri» qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), «U1duz» jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), «Ulduz» jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993). Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. «Duman çəkilir» pyesi tamaşaya qoyulmuş, onun əsasında «Köhnə bərə» fılmi çəkilmişdir. «Dalanda» romanı Moskvada «Sovetski pisatel» jurnalında və onun əlavəsi «Roman-qazeta»da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış, "Molodaya qvardiya" və «Sovetski pisatel» nəşriyyatları povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxmışlar. «Qorxu» povesti «Karvan» jurnalında (1990, N7), «Sonsuzluq» romanı «Azərbaycan» jurnalında (1990, Nll-12) dərc olunmuşdur.

Hazırda fərdi yaradıcılıqla məşğuldur (1993-cü ildən). Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. «Karqaya» povestləri (trilogiya) «Qızıl oraq» ədəbi mükafatına layiq görülmüşdür (1972). Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1988).

Əsərləri

  • 1.Nişan üzüyü. Bakı: Gənclik, 1969, 83 səh.
  • 2.Kar qaya. Bakı: Gənclik, 1972, 172 səh.
  • 3.Gecə məşəl yanır. Bakı: Gənclik, 1977, 150 səh.
  • 4.Duman çəkilir. Bakı: Yazıçı, 1979, 253 səh.
  • 5.Ovçunun xatirələri. Bakı: Gənclik, 1981, 243 səh.
  • 6.Dalanda. Bakı: Yazıçı, 1984, 252 səh.
  • 7.Günəşə sarı gedəndə. Bakı: Yazıçı, 1988, 407 səh.
  • 8.Ovçunun xatirələri. Bakı: Gənclik, 1989, 320 səh.

Tərcümələri

(rus dilindən)

  • 1.Rəsul Həmzətov. Mənim Dağıstanım. Bakı: Gənclik, 1974, 345 səh.

Filmoqrafiya

Həmçinin Bax