Yuşə

Vikipediya, azad ensiklopediya
PixelBot (müzakirə | töhfələr) (r2.7.3) (Bot redaktəsi əlavə edilir: bg:Исус Навин) tərəfindən edilmiş 04:22, 11 oktyabr 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Qediyimiz kimi, məşhur rəvayətə əsasən Musa (ə) "Təyyə" vadisində dünyadan getdi. Musanın (ə) vəfatından sonra peyğəmbərlik onun vəsisi Yuşə ibni Nuna çatdı. Yuşə ibni Nun Əfraim ibni Yusifin övladlarından idi. Yuşə ibni Nun Bəni-İsrailə rəhbərlik edərək "Əmaliqə" ilə müharibə etməyə getdi. Onlarla bir müddət vuruşandan sonra qələbə çaldılar. Əriha şəhərini fəth edib Bəni-İsraili orada yerləşdirdi.

Rəvayətdə nəql olunubdur ki, Yuşə ibni Nun Musadan (ə) sonra 30 il yaşadı. Bu müddətdə Bəni-İsrailin işlərini səhmana saldı. Onların düşmənləri ilə vuruşaraq hamısını məhv etdi. Fələstin və Şamat torpaqlarını onların arasında böldü. Yuşə ibni Nunla müharibə edənlərdən biri də Musanın (ə) həyat yoldaşı Safura idi. O, bir dəstə Bəni-İsraili Yuşənin əleyhinə qaldırıb onunla döyüşdülər. Lakin onlar məğlubiyyətə uğrayıb əsir oldular. Lakin Yuşə böyük ruhiyyə, geniş qəlblə Safura ilə rəftar etdi və onu hörmətlə evinə qaytardı. Bu hadisəyə oxşar hadisə Cəməl müharibəsində də baş vermişdi.

Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran