İsida
Misir heroqliflərində İsida | ||||
---|---|---|---|---|
Heroqlif |
| |||
Unikodu | 3st | |||
Transkripsiyası | Ast / Aset | |||
Mənası | Taxt-tac | |||
Determinativ |
| |||
Sağ əlində əsa, sol əlində Anx tutmuş İsida | ||||
İsida-Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası
Ana himayəçisi
Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni Allahları daxil edirdilər.Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı. Ehramların tikintisi dövründə, e.ə III minilliyindən başlayaraq, e.ə V əsrə qədər bu proses davam edirdi; nəhayət, bütün bu inanclar dövlət səviyyəsində qəbul edilmiş xristian dinin tərəfindən rədd edilmişlər. İsida ilahəsinə yaranan bu münasibət (yəni onun belə uzun müddətli olması) onunla bağlı idi ki, onun haqqındakı təsəvvürlər daima dəyişirdi. Burada uyğunlaşma, yeni xüsusiyyətlərin yaranması prosesi gedirdi. İsida özünə yerli səcdəgahların xüsusiyyətlərini daxil edirdi, nəticədə qədim dövrün ən böyük ana ilahəsinə çevrilmişdi. Onun əri Osiris öluləri dirildirdi. "İlahi körpə" Qorla yanaşı İsida, Misir ilahələri sırasında hümanist xarakterli ilahə, yunan-roma mədəniyyəti tarixində ən populyar ilahələrdən biri olmuşdur. İsida və Osiris haqqındakı əfsanədə qeyd edilir ki, yalnız qadın, dirçəlməni, intibahı və əbədi həyatı təmin edə bilər. İsida, universal ana ilahəsi, insan həyatını bir çox sahələrində özünü ifadə edirdi. O, qadınlara ev işləri öyrədirdi, xəstələri sağaltmağa kömək edən ilahi qüvvəyə malik idi, öz xeyirxahlığından irəli gələrək o, insanlara həkimliyi öyrədirdi. Onun əri Osiris xəyanətkarcasına öldürüləndən sonra o, ilk dəfə olaraq, dul qadın paltarını geyindi; bu yolla o, bütün dərdi-qəmi olanlara, tənha qalanlara ürək-dirək verir, dirçəlməyə inamı isə insanlardan ölü qorxusunu uzaqlaşdırdı. Daha çox onun ana olmasına (körpəsi Qor ilə yanaşı) səcdə edirdilər.