Brizlər

Vikipediya, azad ensiklopediya
WikitanvirBot (müzakirə | töhfələr) (r2.7.1) (Bot redaktəsi əlavə edilir: fa:نسیم دریا) tərəfindən edilmiş 23:13, 18 aprel 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Brizlərin hərəkəti

Brizlər (fr. brises) — dəniz, göl və böyük çayların sahillərində gündüz dənizdən, gecə isə qurudan əsən yerli küləklərdir.

Brizlərin əmələ gəlməsində quru ilə su üzərindəki hava temperaturunun müxtəlifliyi səbəb olur, gündüz qurunun üstündə hava su üzərindəki havaya nisbətən çox qızır, buna görə də qızmış hava yuxarı qalxır və onun yerini su üzərindən axıb gələn nisbətən soyuq hava tutur. Buna gündüz Brizləri deyilir, gecə isə bu hal əksinə olur və gecə Brizləri əmələ gəlir.[1]

Mənbə

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.