Vaqif Behbudov

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (Texniki düzəliş.) tərəfindən edilmiş 05:21, 15 sentyabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Vaqif Behbudov
Doğum tarixi 3 noyabr 1938(1938-11-03) (86 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kinematoqraf, kinorejissor, rejissor
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan SSR Dövlət mükafatı

Vaqif Qulam oğlu Behbudov - Rejissor. Operator. Ssenari müəllifi. Filmlərdə iştirak edən.

Həyatı

Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir.

”Gözlük”, “Danışan işıqlar” “Qırmızılar, qaralar və başqaları”, “İlham” “Göyçək Fatma”,”Ustalar, qızıl əllər”, “Yayın bir günündə”, “Sağ ol dostum”, “Basatın igidliyi” “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy” “Qara leylək”, “Sehirli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V.Behbudov operator olaraq “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və s. sənədli filmlərdə işləmişdir. Rejissor kimi “Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam”(Əzizə Cəfərzadə), “Əbədi zirvə”, “Müslüm Maqomayev -55”, “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bakı-SOS uşaq kəndi”, “Bağlı qapı” (Akademik Əziz Əliyev), “Sənsiz” (Akademik Zərifə Əliyeva), “Kərpickəsən kişi”, “İlmələrdə yaşayan həyat” (rəssam Kamil Əliyev), “Sirli səlnamələr” “Girdiman”, “Yeraltı şəhərin izi ilə” “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür.

Dövlət və “Humay” Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artistidir. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Həmin Birlikdə 45 illik iş stajına malikdir.

Filmoqrafiya

  1. Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)
  2. Analar və laylalar (film, 1992)
  3. Aşıq Veysəl (film, 2001)
  4. Bakı sos uşaq kəndi (film, 2001)
  5. Basatın igidliyi (film, 1988)
  6. Başlanğıc (film, 1982)
  7. Boradigah (film, 2002)
  8. Bu yol Şabran yoludur (film, 2002)
  9. Danışan işıqlar (film, 1965)
  10. Deportasiya (film, 2001)
  11. Deportasiya. II Film (film)
  12. Deportasiya. III Film (film)
  13. Deportasiya. IV Film (film)
  14. Deportasiya. V Film (film)
  15. Deportasiya. VI Film (film)
  16. Deportasiya. VII Film (film)
  17. Əbədi zirvə (film, 1998)
  18. Əzizə Cəfərzadə (film, 1999)
  19. Fəhlə vüqarı (film, 1975)
  20. Girdiman (film, 2003)
  21. Göyçək Fatma (film, 1973)
  22. Hökməli kəndi (film, 2001)
  23. Xeyirxah nağıl (film, 1986)
  24. İlham (film, 1972)
  25. İlmələrdə yaşayan ömür (film, 1999)
  26. İsmayıl Osmanlı (film, 1974)
  27. Kamil (film, 1997)
  28. Kommunist Haqqında Poema (1977)
  29. Qalalı dağlar (film, 1995)
  30. Qara leylək (film, 1986)
  31. Qara ney (film, 1994)
  32. Qayıdış (1988)
  33. Qırmızılar, qaralar və başqaları (film, 1969)
  34. Qız Qalası (film, 1984)
  35. Qurbanəli bəy (film, 1989)
  36. Lahıc (film, 2004)
  37. Məmmədhüseyn Təhmasib (film, 2003)
  38. Mənsuriyyə sorağında (film, 2002)
  39. Mirvarid (film, 1998)
  40. Möcüzələr adası (film, 1978)
  41. Muzey (1996)
  42. Naftalan (film, 2003)
  43. Nailə (film, 1994)
  44. Ölüm Haqqında Şəhadətnamə və ya Quranı Oxuyarkən (film)
  45. Ömrün Dedikləri (film)
  46. Rəşid Behbudov ulduzu (film, 1996)
  47. Rüstəm İbrahimbəyov (1988)
  48. Sağ ol, dostum (film, 1980)
  49. Sehrli Çıraq (1987)
  50. Sənsiz (film, 1998)
  51. Sirli salnamələr (film, 1995)
  52. Startlar (film, 1977)
  53. Şeirin xəzrisi (film, 2000)
  54. Şəki heyvandarları (film, 1975)
  55. Təbiətin bəhrəsi (film, 2003)
  56. Ustalar-Qızıl Əllər (1976)
  57. Yayın bir günündə (film, 1979)
  58. Yeraltı şəhərin izi ilə (film, 2004)
  59. Zaqatala (film, 1980)
  60. Zəfəran (1976)

Həmçinin bax