Ağstafa

Vikipediya, azad ensiklopediya
Aydinsalis (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:32, 28 may 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Şəhər Ağstafa şəhəri — Azərbaycanda Ağstafa rayonunun mərkəzi. Bakı ilə arasında məsafə 461 km, əhalisi 75300 nəfərdir. [1]

Rayonda aşıq sənəti, xalçaçılıq və sair sahələrdə əvvəlki nəsillərin topladıqları mədəni irsin qorunub saxlanılmasına qayğı göstərilir. Rayonun inzibati mərkəzi Ağstafa şəhəri Gürcüstan sərhəddinin yaxınlığında yerləşir. Bu şəhər 1914-cü ildə dəmir yolu qovşağı kimi inşa edilmişdir. Bu dəmir yolu düz Tbilisiyə qədər davam edir. Gürcüstan Respublikasının ərazisi ilə Ağstafa Qırmızı Körpü vasitəsilə bir-birindən ayrılır.

Ağstafa sakit şəhərdir. Şəhərin mərkəzindəki səliqəli parkda restoranlar, çayxanalar və kinoteatr var. Ağstafa şəhərindən 20 km məsafədə mənzərəli bir yerdə dağlar və meşələr qoynunda yerləşən Tatlı kəndi oradakı Qələmçə bulağı ilə məşhurdur. Bulağın ətrafındakı ərazi istirahət üçün çox münasib yerdir.

Həmçinin bax

Qaynaqlar

  1. http://www.mct.gov.az/?/az/cities/view/327/